Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(5-138)-76/2026 02.02.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, xx xxxxxx 1991-ci ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon X1 Alqış Arzu oğlu barəsində inzibati material daxil olmuşdur. İşdə olan inzibati xəta haqqında İXP7777531 və İXP7777540 nömrəli protokollarda Şəxs barəsində qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarda nəzərdə tutulan cəriməni üç ay keçməsinə baxmayaraq ödəmədiyi, nəticədə onun İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi göstərilmişdir. Məhkəmə protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında iş aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, İXM-in 529.3-cü maddəsinə görə, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Məhkəmə bildirir ki, İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hərəkətsizliklə törədilən inzibati xəta olduğuna görə onun törədilmə yeri şəxsin qeydiyyat yeri hesab edilir. “Elektron məhkəmə” informasiya sistemindən də göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. İXM-in 109.1.7-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və İXM-in 43, 109, 110, 112 və 118-ci maddəsini rəhbər tutub QƏRARA ALDİ: Şəxs İXM-in 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(5-138)-76/2026
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(5-138)-76/2026
02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver