Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-102/2026 03.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının, X2, Protokolu tərtib edən Quba RPŞ-nin İTB-nin sahə rəisi X3, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx.xx.1991-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay orta təhsilli, işləməyən, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Quba RPŞ-nin İTB-nin polis sahə rəisi, X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2026-cı il tarixli, MN 1702342-1125 №-li protokol tərtib edilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Quba rayon məhkəməsinin qarşısında Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin polis sahə rəisi X5 bildirdi ki, Şəxs barəsində İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərmişdir ki, məhkəmədə boşanma işi olmuş, məhkəmə qətnaməsi ilə uşaqlar onun yanında saxlanmışdır. xx.xx.2026-cı il tarixdə Quba rayon Məhkəməsində olduğu zaman keçmiş qaynatası Ərəstun onu nalayiq sözlərlə söyüb təhqir etmişdir. Həmin vaxt o, Ərəstuna cavab verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə Quba rayon Məhkəməsində olduğu zaman keçmiş kürəkəni Şəxs məhkəmə prosesində və məhkəmədən sonra onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Hazırda Şəxs barəsində qanuni tədbir görülməsini xaiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə Quba rayon məhkəməsində məhkəmə prosesi zamanı Şəxs ona və atasına qarşı təhqiredici ifadələr işlətmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokol tərtib edən şəxsi və şahidi dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X9 tərəfindən Şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 1 saat üçün 11 manat pulun “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 01 (bir) iş saatına görə 11 (on bir) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, VÖEN: **********, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(5-139)-102/2026
Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-102/2026
03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver