Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-121/2026 26.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 xx.xx.2026-cı il tarixli TP ******* saylı qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutularaq tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində Bakı-Quba-Rusiya Federasiyası yolunun 169.3-cu km-dən Quba -Qusar R-3 yolunun 0-cı km-ə döndüyüm zaman qəza baş vermişdir. Bu qəzada Quba DYP onu günahkar çıxardaraq TP7815385 nömrəli qərara əsasən İXP7800347 nömrəli protokolu ona tərtib etdi. Tərtib olunmuş protokol tamamilə əsassızdır. Hadisə zamanı 2 eyni istiqamətli yolda olduğları zaman eyni istiqamətdə “Quba rayon yol göstərici nişanı (5.22)”,” İkinci dərəcəli yolun bitişməsi nişanı (2.3.2)” və “Baş yol nişanı (2.1)” olmağına baxmayaraq o dönmə işığını sağa yandırsa da arxadan gələn chevrolit cruze (99-vj-573) nömrəli avtomobil qanunları kobud şəkildə pozaraq YHQ-nın 51.1 maddəsinin tələblərini ,qoyulmuş nişanlara məhəl etmədən , kəsişmə və dönmə yerlərində, yaşayış məntəqələrində sağdan ötmə qadağan olmasına baxmayaraq hərəkətini sağdan edib qəzaya səbəb oldu. Əgər burada qərəzli mövqe var idisə yaxın ətrafda olan TŞ kamerası vasitəsi ilə çəkilmiş görüntülər avto texniki ekspertizaya göndərilib daha düzgün rəy alınardı. Qərardan şikayətçidir. Quba RPŞ-DYPnın qərarından narazıdır. Qərarı ləğv edib ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli TP7815385 saylı qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan video görüntülərdən aydın olur ki, inzibati xətanın baş verdiyi xx.xx.2025-ci il tarixdə Nissan Note minik markalı ** RN *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi dönərkən öz trayektoriyasından çıxmışdır. Bu zaman digər nəqliyyat vasitəsi sağa dönərkən ona təhlükə yaratmış, manevr qaydalarını pozmuşdur. Hüquqi məsələlər: İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 327.1. maddəsi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Qanunun: 42-ci maddəsinə əsasən İ. Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. İİİ. Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir. V. Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Vİ. Dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli TP ******* saylı elektron qərar qəbul edilmiş və həmin qərara əsasən 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş üzrə şikayət verən şəxsin izahatını, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, təqdim edilmiş fotomaterialdan və video görüntüdən aydın olur ki, Nuriyeva Nailə öz nəqliyyat vasitəsini idarə edərkən öz hərəkə trayektoriyasından çıxmışdır. Digər tərəfdən yol-hərəkət qaydalarına əsasən dönmə işiqlarının yandırılması təhlükəsiz manevr etmə və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamaq öhdəliyindən azad etmir. Əlavə olaraq Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(5-139)-121/2026
Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-121/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver