Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-131/2026 09.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Qazıbəyov İbrahim Mehman oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Quba RŞ-nin İTB-nin polis sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Quba rayon Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1988-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, (Fin: xxxxxxx) orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələriylə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN seriyalı 1702384-1551 nömrəli protokola əsasən Şəxs xx.xx.2026-cı il tarixdə saat 21:10 radələrində Quba şəhəri, “Nizami parkı” ərazisində nalayiq ifadələr işlədən zaman polisin qanuni tələbinə tabe olmamışdır. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN seriyalı 1702383-1552 nömrəli protokola əsasən Şəxs xx.xx.2026-cı il tarixdə saat 21:10 radələrində Quba şəhəri, “Nizami parkı” ərazisində ucadan nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X5 bildirmişdir ki, polis əməkdaşları 2 №-li avtopatrulda xidmətdə olduğları zaman Quba şəhəri Nizami parkının yanında 1 nəfər şəxsin əlinda balta ilə ucadan nalayiq ifadələr işlədərək azyaşlı uşaqları hədələdiyini görüb. Onlar dərhal həmin əraziyə yaxınlaşaraq şəxsin əlində olan baltanı götürərək onu zərərsizləşdirmişdilər. Vətəndaş Şəxs nizam-intizama dəvət etsələr də, o öz əməllərini davam etdirərək polisə qarşı nalayiq ifadələr işlətmişdir. Bu barədə Növbəçi hissəyə məlumat verilmiş və Növbətçi hissənin göstərişi ilə Şəxs azyaşlılarla birlikdə qanuni tədbir görülməsi üçün şöbəyə gətirilmişdir və onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Lakin videogörüntü yoxdur. Şöbədə Şəxs barəsində təhqiqat materialı açılıb və balta maddi sübut kimi götürülüb. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək bildirmişdir ki, hadisə zamanı sərxoş vəziyyətdə olub, özünü idarə edə bilməyib, hadisə ilə əlaqədar heç nə xatırlamır və etdiyi hərəkətlərdən peşmandır. Onun barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi X2 inzibati xəta haqqında materiala münasibətdə bildirir ki, Şəxs ictimai qaydanı pozması barədə inzibati xəta haqqında materiala heç bir videogörüntü və səs yazısı əlavə edilməmişdir. Bundan başqa, Şəxs polisin qanuni tələbinə tabe olmadığı deyilsə də, ondan balta götürülüb, şöbəyə gətirilib və barəsində balta ilə əlaqədar cinayət tərkibinin olubolmadığı araşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, şəxs barəsində təhqiqat materialı olduğu halda, inzibati tənbeh tətbiq edilməsi yolverilməzdir və hesab edir ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən polis serjantı X6 məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2025-ci il tarixində saat 21:10 radələrində polis serjantı Ayəddin Səfərəliyevlə ilə birlikdə 2 №-li avtopatrulda xidmətdə olduqları zaman Quba şəhəri Nizami parkının yanında bir nəfər şəxsin əlinda balta ilə ucadan nalayiq ifadələr işlədərək azyaşlı uşaqları hədələdiyini görüblər. Dərhal həmin əraziyə yaxınlaşaraq şəxsin əlində olan baltanı götürərək onu zərərsizləşdirmiş, onu nizamintizama dəvət etsələr də, onların qanuni tələbinə qəsdən məhəl qoymayaraq, öz əməllərini davam etdirərək ünvanlarına qarşı nфlayiq ifadələr işlətmişdir. Bu barədə Növbəçi hissəyə məlumat verilmiş, Növbətçi hissənin göstərişi ilə vətəndaşı azyaşlılarla birlikdə qanuni tədbir görülməsi üçün Quba RPŞ-ə gətirilmiş və Növbətçi hissəyə təhvil verilmişdir. Növbətçi hissədə həmin şəxsin Quba rayon sakini Şəxs olduğu məlum olmuşdu. Məhkəmə protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, müdafiəçinin və şahidin izahatlarını dinləyib, o cümlədən inzibati xəta haqqında protokolu və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduğundan, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinin tələblərinə uyğun olaraq, xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 114.2-ci maddəsinin tələbinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır: 114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda; 114.2.2. bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə; 114.2.3. inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərildikdə; 114.2.4. bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinin tələbinə əsasən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımdan şərh edilməsinə dair” xx.xx.2022-ci tarixli Qərarına əsasən, istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayətprosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. İş materialları ilə müəyyən edilmişdir ki, Şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmaması faktı öz təsdiqini tapmasa da, onun üzərindən balta götürülmüş, həmin əşya maddi sübut qismində götürülərək o, polis şöbəsinə gətirilmişdir. Mövcud şəraitdə baltanın daşınması və saxlanması ilə bağlı hərəkətlərdə cinayət tərkibinin olub-olmamasının müəyyən edilməsi məqsədilə əlavə araşdırmanın aparılması zəruri hesab edilir. Müəyyən edilmiş faktiki hallar göstərir ki, baltanın saxlanılması, daşınması və istifadəsi ilə bağlı hərəkətlərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin mövcud olub-olmaması məsələsi istisna edilmir və bu halın dəqiq müəyyən edilməsi yalnız ətraflı, obyektiv və hərtərəfli araşdırma aparılmaqla mümkün ola bilər. Bu səbəbdən, hazırkı icraat çərçivəsində inzibati məsuliyyətin tətbiqi üçün hüquqi əsaslar olmadığından və eyni zamanda baş vermiş hadisədə cinayət əlamətlərinin mövcudluğu ehtimalı qalmaqda olduğundan, inzibati icraata xitam verilməsi zəruri hesab edilir. Materiallar üzrə cinayəthüquqi qiymət verilməsi məqsədilə müvafiq araşdırmanın aparılması təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207.1-ci maddəsinin tələblərinə əsasən, cinayət əlamətlərinin aşkar edildiyi hallarda bu barədə müvafiq araşdırma aparılması təmin edilməlidir. Bununla əlaqədar olaraq, baş vermiş hadisənin faktiki halları cinayət-hüquqi qiymət verilməsini tələb etdiyindən, inzibati xəta haqqında iş üzrə icraatın davam etdirilməsi məqsədəuyğun hesab edilmir. Bu baxımdan, hazırkı mərhələdə inzibati icraatın davam etdirilməsi məqsədəuyğun olmadığından icraata xitam verilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, baş vermiş hadisənin faktiki halları cinayətin əlamətlərinin mövcudluğunu istisna etmir və bu səbəbdən materiallar üzrə müvafiq hüquqi qiymət verilməsi üçün araşdırma aparılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərildikdə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduğundan , iş üzrə materiallar Quba rayon Prokurorluğuna və Quba RPŞ-ə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta haqqında işdə cinayətin əlamətləri olduğundan, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Şəxs barəsində həmin Məcəllənin 510 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs barəsində həmin Məcəllənin 510 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduğundan, iş üzrə materiallar Quba rayon Prokurorluğuna və Quba RPŞ-nə göndərilsin. Quba rayon Vəkil Bürosunun vəkili X2 tərəfindən Şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsilə bağlı 0.30 saat üçün 06 (altı) manat dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İbrahim Qazıbəyov
Məhkəmə qərarları › İş №3(5-139)-131/2026
Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-131/2026
09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver