Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-152/2026 25.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Şikayət verən X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli, EQ 33589575 nömrəli X6 haqqında elektron qərarının ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 Rayon Məhkəməsinə müraciət edərək, X5 markalı, ** UZ *** X8 avtomaşına xx.xx.2026 cı il tarixli EQ33589575 nömrəli X6 Haqqında qərarın ləğv edilməsi və elektron portaldan silinməsi üçün Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə məcburi qaydada həyata keçirilməsi üçün qərar qəbul edilməsini xahiş xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2026 ci il tarixində, saat 11.54 radələrində özümə məxsus, idarə etdiyi ** UZ *** X8, X5 markalı avtomobili ilə, Quba şəhəri Heydər Əliyev prospektində təxmini “Gəncə Təndiri” yerləşən ərazidə hərəkətdə olarkən, yolun sağ tərəfində parklanmaq məqsədilə nəqliyyat vasitənin qəza xəbərdarlıq işıqlarını yandıraraq hərəkətini yavaşlatdı. Qarşıdan parklanma yerindən çıxan nəqliyyat vasitəsini gözlədi və sağa dönmə işığını yandıraraq nəqliyyat vasitəmi park etdi. Həmin an yaxınlıqda yerləşən videomüşahidə kamerası vasitəsi barəsində xx.xx.2026-cı il tarixli EQ33589575 nömrəli X6 Haqqında qərar qəbul edilmiş, həmin qərar əsasında mənə 2 bal, 80 (səksən) manat məbləğində cərimə yazılmışdır. Qeyd olunan qərarla razı deyilə, çünki hərəkətləri X3 tələblərinə uyğun olmuş və yol hərəkəti təhlükəsizliyinə hər hansı təhlükə yartmamışdır. Ən mühüm məqam ondan ibarətdir ki, inzibati xəta ilə bağlı video materiallar rəsmi elektron informasiya sisteminə yüklənməmişdir. Bu səbəbdən o, xx.xx.2026 cı ildə Quba DYP -də olmuşdur. Quba DYP rəisinə və DYP əməkdaşı soyadın bilmədiyi Nail adlı şəxsə videogörüntülərin “Asan Ödəniş” sisteminin video bölməsində mövcud olmadığını qeyd edərək, onların sistemə yüklənməsini xahiş etdi. Cavab olaraq, bunun texniki baxımdan mümkün olmadığı bildirildi və sözügedən videogörüntülər ona yalnız DYP əməkdaşı Nailin şəxsi mobil telefonu üzərindən göstərilmişdir. “Videogörüntülərin rəsmi elektron informasiya sistemində yerləşdirilməməsi və yalnız mobil telefon vasitəsi ilə nümayiş etdirilməsi inzibati icraatın obyektiv və şəffaf aparılmadığını göstərir. Bu hal sübutların rəsmi qaydada təqdim olunması, onların dəyişdirilməzliyinin və şəffaflığının təmin edilməsi prinsiplərinə ziddir və müdafiə hüququmun məhdudlaşdırlmasına səbəb olmuşdur. Məhkəmə iclasında X4 ərizəyə uyğun izahat verərək, şikayəti müdafiə etdiyini, təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN BDYPİ-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 33589575 nömrəli X6 haqqında elektron qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 80 (səksən) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə- 80 manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında mobil telefon vasitəsilə təqdim edilmiş fotomateriala baxış keçirilərkən Həmzəyev Elmara məxsus nəqliyyat vasitəsinin dayandığını müəyyən etmək mümkün olmamışdır. Nəqliyyat vasitəsinin arxa işıqları yanılı vəziyyətdə olmuşdur. Beləki Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 33589575 nömrəli X6 haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcələnin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 33589575 nömrəli X6 haqqında elektron qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.1-maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(5-139)-152/2026
Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-152/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver