Məhkəmə qərarları › İş №3(5-139)-159/2026

Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-159/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-159/2026 12.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Protokolu tərtib edən X4, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1964-cu ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Quba şəhəri, M.B.Tahirov 16 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Quba RPŞ-nin İTB-nin polis sahə rəisi, X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2026-ci il tarixli, MN 1702304-298 №-li protokol tərtib edilmişdir. Həmin protokolda göstərilir ki, xx.xx.2025-ci il tarixində günorta radələrində Quba şəhəri, M. R. Tahirov küçəsində X3 qonşudakı Həmidova Ədalət və Həqiqət tərəfindən təhqir olunmuşdur. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin sahə rəisi X6 protokolda göstərilənləri təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini, DİN-nin 102 xidmətindən zəng daxil olduğunu, protokolu raport əsasında tərtib etdiyini bildirdi. Tərəflər uzun müddətdirki, mütəmadi mübahisə edirlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək, bildirmişdir ki, söyüş söyüb, təhqir etməmişdir. Video görüntüdə Ağabalayev Cəbrayılın şagirdinin atasının maşını onu vurduğu üçün qışqırmışdır. Cəbrayıl onu təhqir edib. Məhkəmədə zərərçəkmiş şəxs X3 izahatında bildirmişdir ki, qeyd etdiyi ünvanda ailəsilə yaşayır. Mütəmadi olaraq qonşuları Həqiqət və Ədalət bacıları tərəfindən nəlayiq şöyüşlərinə hədəf olur. Heç bir səbəb olmadan evinə gəlib onu, ailəsini, övladlarını söyür, təhqir edir, ölümlə, şər böhtanla hədələyirlər. Özlərini sığortalamaq üçün öncədən “102” Polis qaynar xəttinə zəng edib prosesin tamamilə əksini söyləyirlər. Dediklərini təsdiqləyir video görüntülər var. Qeyd edir ki, həmin görüntülər evinin təhlükəsizlik kameralarında qeydə alınıb. Həmçinin, iş materiallarına əlavə edilmiş 1 ədəd CD diskinə baxış keçirilərkən, Şəxs tərəfindən Cəbrayıl Ağabalayevin ünvanına nalayiq ifadələr işlətdiyi məlum olmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, protokolu tərtib edən şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərəçəkən şəxsi dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. İş materiallarına əsasən Şəxs inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar