Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(5-139)-161/2026 23.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Qazıbəyov İbrahim Mehman oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ 33806685 nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 ərizə ilə müraciət edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN BDYPİnin EQ 33806685 nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. xx.xx.2026-cı il tarixdə X1 ərizə ilə müraciət edərək, şikayət ərizəsinin qaytarılmasını xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdə keçirib hesab edir ki, şikayət ərizəsinin qaytarılması barədə xahiş olunduğundan, şikayət geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ 33806685 nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X1 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim: İbrahim Qazıbəyov
Məhkəmə qərarları › İş №3(5-139)-161/2026
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(5-139)-161/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver