Məhkəmə qərarları › İş №3(5-139)-176/2026

Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-176/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-176/2026 17.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Quba rayon məhkəməsinin hakimi Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2024-cü il tarixdə “PRİORA” markalı, A481TO37 dövlət qeydiyyat nişanlı avtomaşınla inzibati xəta törətdiyinə görə inzibati qaydada cərimə olunmuşdur. O, EQ20997997 nömrəli protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində icra etməmişdir. Bununla əlaqədar Quba RPŞ DYPB tərəfindən xx.xx.2025-cİ il tarixli, İXP ******* nömrəli inzibati protokol tərtib edilmiş və iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Asan Pay elektron sisteminə yoxlama zamanı müəyyən edilmişdir ki, Şəxs EQ20997997 nömrəli protokol əsasında yazılmış cərimə Asan Pay sistemi ilə ödənilmişdir. Azərbaycan Respublikası İXM-də qeyd olunur ki, həmin Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə, inzibati məsuliyyətdən azad olunur. Sadalananlara əsasən qeyd edirəm ki, Şəxs tələb olunan müvafiq ödənişləri inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyi üçün inzibati məsuliyyətdən azad olunmalı və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51 və 128-130, 152-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta ilə bağlı inzibati məsuliyyətdən azad olunsun və onun barəsində hazırkı inzibati iş üzrə icraata xitam verilsin. Qərarın icrası Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar