Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(5-139)-194/2026 23.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızı X3 şikayətini nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: X2 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində xx.xx.2026-cı il tarixli, İXM-nin 327.2-ci maddəsi ilə çıxarılmış inzibati xəta haqqında protokol və qərarın ləğv edilməsi, inzibati xəta üzrə icraata xitam verilməsi, işə baxılan müddətdə inzibati təhbehin icrasının dayandırılmasını xahiş etmişdir. Şikayəti nəzərdən keçirib, hesab edirəm ki, X1 geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. X5 şikayət ərizəsində xx.xx.2026-cı il tarixli qərarın ləğv edilməsini xahiş etsə də, şikayətinə sözügedən qərarın surətini əlavə etməmişdir. Qeyd edilən halların işə baxılarkən tamamlanması mümkün olmadığından, X1 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X1 qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(5-139)-194/2026
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(5-139)-194/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver