Məhkəmə qərarları › İş №3(5-139)-196/2026

Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-196/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-196/2026 27.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Qazıbəyov İbrahim Mehman oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsilə inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2026-cı il tarixli, EQ 33488626 nömrəli qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X3 şikayət ərizəsilə məhkəməyə müraciət edərək, xx.xx.2026-cı il tarixli, EQ 33488626 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixdə Quba rayonu, Heydər Əliyev prospekti istiqamətində nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yol hərəkəti qaydaları ilə müəyyən edilmiş sürət həddini 45 km/saat aşdığı iddiası ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən inzibati tənbeh tətbiq etmə haqqında elektron qərar tərtib edilmiş, həmin qərar əsasında ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə və 3 (üç) cərimə balı tətbiq olunmuşdur. Şikayətçi istinad edir ki, “Yol Patrul Xidməti haqqında” Təlimatın 4.4.1-ci bəndinə əsasən, nəqliyyat vasitələri axınında xidmət aparılarkən yol hərəkəti qayda pozuntularının qarşısının alınması məqsədilə, qırmızı və ya göy sayrışan işıq siqnallarından istifadə edilməlidir. Həmin Təlimatın 3.5 və 3.9-cu bəndlərinə uyğun olaraq xidmət dislokasiya üzrə təşkil olunur və dislokasiya yalnız Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən təsdiq edilmiş hallarda tərk edilə bilər. Buna baxmayaraq, xx.xx.2026-cı il tarixdə DİN BDYPİ-yə məxsus **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilinin müəyyən edilmiş dislokasiya üzrə xidməti ərazini tərk etməklə, habelə qırmızı və ya göy sayrışan işıq siqnallarından istifadə etmədən xidmət apardığı iddia olunur. Qeyd olunan hallara əsasən şikayətçi hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixdə tərtib edilmiş EQ 33488626 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında elektron qərar əsassız və qanunsuz olduğundan, ləğv edilməlidir. X1 məhkəməyə elektron ərizə ilə müraciət edərək, üzrlü səbəblərdən, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə şikayət verən və qərarından şikayət verilən Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin DYPB-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta haqqında materialı tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan inzibati xəta haqqında elektron xx.xx.2026-cı il tarixli, EQ 33488626 qərardan görünür ki, X3 xx.xx.2026-cı il tarixdə, saat 10:29-da “CHANGAN QİYUAN A05 PLUG-İN HİBRİD” minik markalı, **-YO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarkən Bakı-Quba-Rusiya yollunun 16-cı km-də müəyyən edilmiş hərəkət sürətini 45 km/saat həddində aşmış, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X3 şikayətini barəsində tərtib olunmuş qərarın "Yol Patrul Xidməti” Haqqında Təlimatına uyğun olmadığını, xx.xx.2026-cı il tarixdə DİN BDYPİ-nə məxsus **-YP-*** saylı patrul avtomobili dislokasiya ilə müəyyən olunmuş xidməti ərazini qırmızı və ya göy sayrışan işıq siqnalından istifadə etməməklə tərk etdiyini, bu əsasla barəsində tərtib olunmuş BDYPİ-nin xx.xx.2026-ci il tarixli EQ 33488626 qərarının əsassız olduğu ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 328.3-cü maddəsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə-iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh tətbiq etmə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsinə əsasən tərtib edilmiş xx.xx.2026-ci il tarixli EQ 33488626 seriyalı elektron qərar hüquqi və faktiki əsaslar olmaqla qəbul edilmişdir. Beləliklə də, İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsinə əsasən tərtib edilmiş xx.xx.2026-ci il tarixli EQ 33488626 saylı elektron qərarın ləğv edilməsi üçün əsas olmadığından, X2 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsilə tərtib edilmiş xx.xx.2026-ci il tarixli EQ 33488626 saylı elektron qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İbrahim Qazıbəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar