Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(5-139)-20/2026 12.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Qazıbəyov İbrahim Mehman oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələr ilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN seriyalı 1702361-296 nömrəli protokola əsasən Şəxs xx.xx.2026-cı il tarixdə saat 19:45 radələrində Quba şəhəri, “Üç gözəl” şadlıq sarayının qarşısında nalayiq küçə söyüşləri söymüşdür. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN seriyalı 1702362-300 nömrəli protokola əsasən Şəxs xx.xx.2026-cı il tarixdə saat 23:00 radələrində Quba rayonu PŞ-də ünvansız küçə söyüşləri söyərək, yumruqla divarı yumruqlamış və növbətçi hissənin iş rejimini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrilə daxil olmuş protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün inzibati işlər bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrilə daxil olmuş xx.xx.2026-cı il tarixli MN seriyalı 1702361-296 və MN seriyalı 1702362-300 nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-20/2026 nömrəli inzibati iş və 3(027)-21/2026 nömrəli inzibati iş bir icraatda 3(027)-21/2026 nömrə altında birləşdirilsin. Hakim: İbrahim Qazıbəyov
Məhkəmə qərarları › İş №3(5-139)-20/2026
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(5-139)-20/2026
12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver