Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-222/2026 04.03.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Qazıbəyov İbrahim Mehman oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ-nin 23 mart 2025-ci il tarixli EQ 26843760 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X2 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 məhkəməyə müraciət edərək, DİN BDYPİ-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən barəsində tərtib olunmuş 23 mart 2025-ci il tarixli EQ 26843760 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ26843760 nömrəli qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 50 manat məbləğində inzibatı cərimə növündə tənbeh tətbiq edilmişdir. Həmin qərardan məlumatsız olmuş, belə ki, həmin avtomobili iki ildən artıqdır ki, istifadə etmir. Hazırki inzibati xəta haqqında qərar **-BG-*** qeydiyyat nömrə nişanlı avtomobilə aiddir. Bu, qərara əlavə olunmuş şəkildən də aydın görünür. Belə olan halda barəsində tərtib olunan xx.xx.2025-ci il tarixli, EQ26843760 nömrəli qərar qanunsuz və əsassızdır. Onun tərəfindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir. Ona görə də, pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında X4 izahatında bildirmişdir ki, barəsində tərtib olunan xx.xx.2025-ci il tarixli, EQ26843760 nömrəli qərar qanunsuz və əsassızdır. inzibati xəta haqqında qərar **-BG-*** qeydiyyat nömrə nişanlı avtomobilə aiddir. **-BG-*** qeydiyyat nömrə nişanlı avtomobil ona məxsus deyil. Onun etibarnamə əsasında idarə etdiyi “Vaz-21063” minik markalı avtomobilin seriya nömrəsi **-BC-*** qeydiyyat nömrə nişanlıdır. Fotogörüntüdən də açıq-aşkar görünür ki, **-BG-*** qeydiyyat nömrə nişanlı avtomobil ona məxsus deyil və barəsində tərtib olunmuş həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilmiş orqana məlumat verilsə də, Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət qismən təmin edilməli və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar ləğv edilməklə, inzibati xəta haqqında işə yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. İş materiallarında olan 23 mart 2025-ci il tarixli EQ 26843760 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 (əlli) manat cərimə cəzası tətbiq edilmişdir. Şikayətçi tərəfindən məhkəməyə təqdim olunan; AA 084984 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” nin surətindən göründüyü kimi, “Vaz-21063”markalı **-BC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi X5r. ƏN-İİİ 830622 saylı etibarnamədən də görünür ki, “Vaz-21063”markalı **-BC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi X6 həmin etibarnamə əsasında göstərilən səlahiyyətlər üzrə “Vaz-21063”markalı **-BC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini xx.xx.2012-ci il tarixdən xx.xx.2061-ci il tarixədək X3 etibar etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası 469.3-cü maddəsinə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı işə əlavə olunan fotogörüntüdən və şikayətçi tərəfindən məhkəməyə təqdim olunan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən və etibarnamədən müəyyən edilmişdir ki, 23 mart 2026-cı il tarixdə törədilən inzibati xəta “VAZ 21063” markalı **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X4 tərəfindən törədilməməklə, onun Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsilə məsuliyyətə cəlb olunması düzgün müəyyən olunmamışdır. Həmçinin fotogörüntüdə Bakı-Quba yolunun 67-ci km-də inzibati xətanı törədən “VAZ 21063” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil qeyd olunsa da, avtomobilin üzərindəki nömrənin **-BG-*** dövlət qeydiyyat nişanlı olduğu görünür. Qeyd olunan hallar barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından, məhkəmə hesab edir ki, həmin şübhələr onun xeyrinə həll edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən tərtib olunmuş Azərbaycan Respublikası DİN BDYPİ-nin 23 mart 2025-ci il tarixli EQ 26843760 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İbrahim Qazıbəyov
Məhkəmə qərarları › İş №3(5-139)-222/2026
Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-222/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver