Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-233/2026 25.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, X11 oğlunun katibliyi, protokolu tərtib edən X8, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Quba Rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə xx.xx.1988-ci ildə Quba rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu Qımılqışlaq kəndində qeydiyyatda olan və yaşayan X7 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq mıhkəmə, müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 tərəfindən X7 barəsində Azərbaycan Respulikası İXM-nin 528.1-ci maddəsilə xx.xx.2026-cı il tarixdə, ******* №li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında verdiyi izahatında Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 izahatında göstərmişdir ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2(027)-2338/2025-011 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 12000 manat borc və dövlət rüsumu üçün ödənilmiş 126 manat pul vəsaiti alınaraq tələbkar Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 verilməlidir. Quba regional "ASAN xidmət" mərkəzində Notariat Ofisinin 8İ-14246 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla cəmi 6824 manat 81 qəpik pul tutularaq "xxxx" ASCnin hesabına ödənilməlidir. Qeyd olunan icra sənədləri şöbənin icraatına xx.xx.2026-cı il və xx.xx.2025-ci il tarixlərdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması yoxlanılmışdır. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. İş üzrə borclu Şəxs bu günədək tələbkar Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 xeyrinə isə heç bir ödəniş etməmişdir. X7 barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək, izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs2 ASC-yə borcu vardır, borc zamindən tutulduğuna görə, o, da həmin pulu zamininə ödəyir. Digər icra vərəqəsi üzrə isə Zərərçəkmiş şəxs3 borcu çox hesablanıb. Ona olan borcunu ödəmiş, cəmi 2300 manat borcu qalmışdır. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 izahatında göstərmişdir ki, İlqar 3 ildir ki, onu aldadır, borclunun da atasının da onda səs yazıları var. O, hazırda borcunun ödənilməsini istəyir. Odur ki, X6 həbs olunmasını xahiş edir. İş üzrə tələbkar Zərərçəkmiş şəxs2 ASC məhkəməyə ərizə göndərərək, ərizədə göstərmişdir ki, borclu tərəfindən icra sənədi ilə bağlı real hərəkətlər edilməmişdir, qərəzli və heç bir üzürlü səbəb olmadan icra sənədi icra edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkən şəxsi, inzibati xəta haqqında protokol tərtib edən şəxsi dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli tədqiq edərək hesab edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-2338/2025 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 12000 (on iki min) manat borc və dövlət rüsumu üçün ödənilmiş 126 (yüz iyirmi altı manat) manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 Həcəhməd qızının xeyrinə ödənilməlidir. İş materiallarında olan Quba regional "ASAN xidmət" mərkəzində Notariat Ofisinin 8İ-14246 nömrəli, xx.xx.2025-ci il tarixli icra qeydindən görünür ki, borclu Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla cəmi 6824 manat 81 qəpik pul tutularaq "xxxx"ASC-nin hesabına ödənilməlidir. İş materiallarında olan Quba Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2026-cı il tarixli arayışından görünür ki, iş üzrə borclu Şəxs bu günədək tələbkar Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 xeyrinə isə heç bir ödəniş etməmişdir. İş materiallarında olan eyni borclu barəsində olan icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2026-cı il tarixli qərardadan görünür ki, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2(027)-2338/2025-011 saylı və Quba regional "ASAN xidmət" mərkəzində Notariat Ofisinin 8İ-14246 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Qeyd edilən icra sənədlərinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə baxmayaraq o, icra sənədini icra etməmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətdə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.3-cü maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmamışdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh cərimə edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Həmçinin, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən Şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 2 saat üçün 22 manat pulun “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə cərimə edilsin. Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 02 (iki) iş saatına görə 22 (iyirmi iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ**********9350293257, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(5-139)-233/2026
Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-233/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver