Məhkəmə qərarları › İş №3(5-139)-25/2026

Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-25/2026

12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-25/2026 12.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, protokolu tərtib edən şəxs X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.2005-ci il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Quba rayonu, Aşağı-Atuc kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon Polis şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs döymüşdür. Bununla bağlı Quba rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin polis sahə rəisi, X2 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 22 radələrində yaşadığı kənddə Zərərçəkmiş şəxslə rastlaşmış, Əmrah ona yaxınlaşaraq, ailəsi haqqında danışmamağı ona bildirmiş, həmin vaxt Əmrah sərxoş vəziyyətdə olmuşdur. O, da ona ailəsi haqqında heç bir mənfi fikir söyləmədiyini bildirmişdir. Əmrahın çənə nahiyyəsindən yumruq zərbəsi ilə vurmuşdur, bıçaqla hədə qorxu gəlmişdir. Mübahisə zamanı o Əmrahı vurmamışdır. Qeyd olunanları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 22 radələrində yaşadığı kənddə Kənanla aralarında pul üstündə mübahisə olmuş, mübahisə zamanı Kənan onu vurmuşdur. O, isə Kənanı vurmamışdır. Mübahisə zamanı onun əlində bıçaq olmamışdır. Sonda Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Şeydayev Cabbar oğlu bildirdi ki, xx.xx.2025-ci il tarixdə Kənanla Əmrahı mübahisə etdiyi zaman hadisə yerində olmamış, Əmrah onların yaşadıqları qapıya gələrək, Kənanın onun gözünə görünməməsini tapşırmışdır. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2026-cı il tarixli 15 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində obyektiv olaraq hər hansı xəsarət və onun izi aşkar olunmadı. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ekspert rəyində Zərərçəkmiş şəxs bədəni üzərində obyektiv olaraq hər hansı xəsarət və onun izi aşkar olunmadığı qeyd edilmişdir. İş materialları ilə ekspert rəyi arasında ziddiyyət yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar