Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-265/2026 02.03.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Qazıbəyov İbrahim Mehman oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, iş üzrə tələbkar Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, müdafiəçi Quba rayon Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1982-ci ildə Quba rayonu, Kunxırt kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, evli, işləməyən, Quba rayonu, Güləzi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxil olmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, borclu Şəxs Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli e-2(027)-2069/2023 saylı və xx.xx.2023-cü il tarixli, e-2(027)-1682/2023 saylı saylı icra sənədlərini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş icra məmuru X2 izahatında bildirmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(027)-2069/2023 saylı icra sənədinə əsasən Şəxs, ümumilikdə 3112,38 manat ( üç min yüz on iki manat otuz səkkiz qəpik) məbləğində borc və 51,53 manat (əlli bir manat əli üç qəpik) məbləğində dövlət dövlət rüsumu tutularaq, tələbkar "xxxx" ASC-nin hesabına köçürülməlidir. Həmin məhkəmə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, e-2(027)- 1682/2023 saylı icra sənədinə əsasən, borclu Şəxs, cəmi 5000 (beş min) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 70 (yetmiş) manat məbləğində pul tutularaq, tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədləri şöbənin icraatına xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Borclu ilə bağlı, icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə, borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olubolmaması barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmişdir. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Qeyd edir ki, borclu Şəxs bu vaxta qədər tələbkarların xeyrinə heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək, izahatında bildirmişdir ki, məhkəmə qətnamələri barədə məlumatlıdır, lakin maddi durumuna görə, icranı tam ödəmək iqtidarında deyil. Bundan başqa da, onun "xxxx"a borcu “qalıb, əlavə də gəlir yeri yoxdur. Ona 10 (on) gün vaxt verilməsini və barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(027)-1682/2023 saylı icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs1 izahatında bildirmişdir ki, Şəxs borcunu ödəməkdən boyun qaçırır, ödəmək istəmir. O borcunu tələb edir və qeyd edir ki, Şəxs borcun bir hissəsini 10 (on) gün ərzində ödəsə, qalan hissəsinin ayda 200 (iki yüz) manat olmaqla, hissə-hissə ödənilməsinə razı olar. Şəxs barəsində inzibati həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs icra sənədindəki tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməməklə və icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar digər qanuni tələbləri yerinə yetirməməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Onun əməli düzgün olaraq, həmin maddə ilə tövsif olunmuşdur. Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(027)- 2069/2023 saylı icra vərəqəsinə əsasən, borclu Şəxs cəmi 3112,38 manat ( üç min yüz on iki manat otuz səkkiz qəpik) borc və ödənilmiş 51,53 manat (əlli bir manat əli üç qəpik) məbləğində pul vəsaiti tələbkar Zərərçəkmiş şəxs2 ASC-nin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(027)-1682/2023 saylı icra vərəqəsinə əsasən, borclu Şəxs 5000 (beş min) manat borc və dövlət rüsumu üçün ödənilmiş 70 (yetmiş) manat tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(027)-2069/2023 saylı icra sənədi xx.xx.2024-cü il tarixində icra məmuru Nürəddin Əmrullayevin icraatına daxil olmuşdur. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(027)-1682/2023 saylı icra sənədi xx.xx.2024-cü il tarixində icra məmuru Nürəddin Əmrullayevin icraatına daxil olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs bildiriş göndərilmişdir. Hər iki bildirişi Şəxs şəxsən imza edərək, qəbul etmişdir. İş materiallarından görünür ki, icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında icra məmuru Nürəddin Əmrullayevin xx.xx.2024-cü il tarixli qərarına əsasən, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(027)-2069/2023 saylı icra sənədi və Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(027)-1682/2023 saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. xx.xx.2026-cı il tarixli qərardan görünür ki, borclu xx.xx.1982-ci il təvəllüdlü Quba rayonu, Güləzi kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır və Quba rayon İcra və Probasiya şöbəsinin müraciətinə əsasən barəsində Quba RPŞ-si tərəfindən xx.xx.2026-cı il tarixli 560450/26 nömrəli axtarış işi açılmışdır. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri icra sənədləri üzrə tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə, dəfələrlə icra şöbəsinə dəvət edilməsinə baxmayaraq, o icra sənədini icra etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat cərimə edilsin. Quba rayon Vəkil Bürosunun vəkili X6 tərəfindən Şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsilə bağlı 0.30 saat üçün 06 (altı) manat dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İbrahim Qazıbəyov
Məhkəmə qərarları › İş №3(5-139)-265/2026
Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-265/2026
02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver