Məhkəmə qərarları › İş №3(5-139)-276/2026

Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-276/2026

03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Quba Şəhəri İş № 3(5-139)-276/2026 03.03.2026 QUBA RAYON MƏHKƏMƏSI Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məcnun oğlunun iştirakları ilə ##.##.1982-ci ildə Quba rayonu Firiq kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu, Firiq kəndində qeydiyyatda olan və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məcnun oğlu haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məcnun oğlu barəsində Azərbaycan Respulikası İXM-nin 528.1-1-ci maddəsilə ##.##.2026-cı il tarixdə MN 2327029 №li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məcnun oğlu Bakı şəhər Qaradağ rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-***/**** saylı icra sənədini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında verdiyi izahatında Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək, göstərmişdir ki, Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli, 2(002)- ***/**** saylı icra vərəqəsinə əsasən 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanılmasına görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məcnun oğlundan hər ay ##.##.2018-ci il tarixdən 1 uşaq üçün 154 manat olmaqla cəmi 308 manat aliment tutularaq tələbkar X4 ödənilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına ##.##.2019-cu il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi tam şəkildə təmin etməmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması yoxlanılmış və borclunun adına heçbir əmlak aşkar olunmamışdır. İş üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məcnun oğlu aliment borcu üzrə bu günədək 8106 manat ödəniş etmiş və hal-hazırda 14678 manat məbləğində borcu mövcuddur. Məhkəmə iclasında verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məcnun oğlu Azərbaycan Respublikası İXM-nin inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, səhhəti ilə əlaqədar işləyə bilmədiyindən icra sənədini icra edə bilməmişdir. Sentyabr ayında qəzaya düşmüş, qəza nəticəsində sağlamlığında ciddi problemlər yaranmışdır. Bu səbəbdən işləyə bilmir. Qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər, Qaradağ Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-***/**** saylı icra vərəqəsinə əsasən, ## ###### 2012-ci il təvəllüdlü X1 və ## ####### 2017-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ## ###### 2018-ci il tarixdən başlayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məcnun oğlundan hər ay hər uşaq üçün 154 (yüz əlli dörd) manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment və X1 üç yaşına çatanadək əlavə olaraq 50 (əlli) manat aliment tutularaq Əliyeva (Bürcəliyeva) Ziyvər Səlimxan qızna verilməldir. “İcraata başlamaq haqqında” ##.##.2019-cu il tarixli, qərarın surətindən görünür ki, Bakı şəhər, Qaradağ Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, 2(002)-109/2019-cu il tarixli icra sənədləri icra məmuru Rüstəm Xələflinin icraatına daxil olmuşdur. Quba Rayon İcra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli arayışından görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məcnun oğlunun icra sənədi üzrə cəmi 14678 manat məbləğində borcu mövcuddur. Quba RPŞ-nin CAB-ın AÜ baş əməliyyat müvəkkili Pənah İbrahimov tərəfindən ##.##.2026-cı il tarixdə tərtib olunmuş protokoldan görünür ki, ##.##.2026-cı il tarixli ******/** nömrəli axtarış işi üzrə borclu şəxs kimi axtarılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məcnun oğlu Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Quba RPŞnə gətirilib protokol tərtib olundu. Qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məcnun oğluna tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə baxmayaraq o, icra sənədini icra etməmişdir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məcnun oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məcnun oğlunun ifadəsini özünü müdafiə xarakterli hesab edir və qeyd edir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məcnun oğlunun yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Həmçinin məhkəməm hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məcnun oğlunun qəza keçirməsi nəticəsində işləyə bilməməsini və nəticə etibarı ilə aliment borcunu ödəyə bilməməsi üzürlü hal kimi qiymətləndirilə bilməz, belə ki, aliment borcunun yığılması və vaxtında ödənilməməsi halı yol-nəqliyyat hadisəsindən xeyli əvvəl baş vermişdir. Hüquqi məsələlər: «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2006-cı il tarixli, * nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məcnun oğlunun barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məcnun oğlunun inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məcnun oğlunun məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmadı. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məcnun oğlunun törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsin əvvəli hazırkı qərarın elan olunduğu 03 mart 2026-cı il tarixdən, saat 17:30-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilsin. Həbsin əvvəli ## #### 2026-cı il tarixdən, saat 17:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar