Məhkəmə qərarları › İş №3(5-139)-28/2026

Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-28/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-28/2026 03.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Qazıbəyov İbrahim Mehman oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Şikayət verən X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN Quba RPŞ-nin YPX-nin inspektoru X4 xx.xx.2026-cı il tarixli TP ******* nömrəli, inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta üzrə icraata xitam verilməsi barədə X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X1 Rayon Məhkəməsinə müraciət edərək, Quba RPŞ-nin YPX-nin inspektoru X4 xx.xx.2026-cı il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 08.01. 2026-c1 il tarixdə təxminən səhər saat 16 radələrində idarə etdiyi özünə məxsus VAZ-21074 markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomaşınla şəxsi işiylə əlaqədar yaşadığı Püstəqasım kəndindən Quba şəhəri istiqamətində yolun özünə aid hissəsilə Amsar kənd körpüsünü keçib yoxuşlu asvalt yolla pirin yanından üzü yuxarı istiqamətdə hərəkətdə olub. Qarşısında bir göy rəngli VAZ-2107 markalı avtomaşın da eyni istiqamətdə yavaş sürətlə hərəkət edib. Həmin avtomaşın sürətini bir az da azaldıb sağa tərəf çəkilib. O da onu qaydaya uyğun olaraq ötmənin icazə verildiyi yolun qırıq xətli hissəsində ötüb keçib. Quba şəhəri istiqamətində xeyli yol qət etmişdi ki, arxadan DYPX avtomaşını gəlib onu Quba şəhərinə düşən eniş yolda saxladıb. Ona irad bildirib ki, pirin yanından qalxanda ötmənin icazə verilmədiyi yol hissəsində, bütov xətt çəkilən yerdə o ötmə əməliyyatı edərək qarşı tərəfdən gələn avtomaşının yoluna çıxaraq manevr qaydalarını pozub. O heç bir qayda pozuntusu törətmədiyinə görə YPX inspektoruna etiraz edib və ondan sübut, görüntü, videoçəkiliş tələb edib. DYPX inspektoru ona heç bir sübut təqdim etməyib. Ona iradını bildirəndən sonra YPX avtomaşınını sürüb gedib. Bir qədərdən sonra mobil telefonuna SMS-xəbər gəlib ki, AR İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə olunmuşdur. Əsassız cərimə olunduğuna görə məhkəməyə şikayət etmək qərarına gəlib və 12 yanvar 2026-cı il tarixdə qərarın surətini Quba RPŞ-nin DYPB-dən götürüb məhkəməyə şikayət edib. Hesab edir ki, Quba RPŞ DYPB-nin barəsində qəbul etdiyi qərar aşağıda göstərilən səbəblərə görə əsassızdır və ləğv olunmalıdır. O həmin inzibati xətanı törətməmiş, əgər DYPX inspektorunun ona qarşı irəli sürdüyü təqsirlə razılaşmırsa, onun borcu idi ki, araşdırmanı davam etdirsin, təqsirimi sübut etsin. Ən azından görüntü, video və ya fotoşəkil təqdim edə bilmirsə, onu pozuntunun baş verdiyi yerə qaytarıb, ötməni qadağan edən bütöv xətti ona göstərməli idi. Bunu da etmədi, çünki o, yaxşı bilirdi ki, ötməni etdiyi yerdə bütov xətt yox, ötmənin icazə verildiyi qırıq xətt mövcuddur. Məhkəmə iclasında şikayət verən X3 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN Quba RPŞ DYPB-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan DİN Quba RPŞ-nin YPX-nin xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 (bir yüz) manat cərimə cəzası tətbiq edilmişdir. “Yol hərəkəti haqqında” AR Qanununun 69-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndinə əsasən 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; 1.6 — əks istiqamətli və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 və ya 1.11 nişanlanma xətlərinə yaxınlaşma barədə xəbərdarlıq edir (yaxınlaşma xətti — cizgilərinin uzunluğu onların aralarındakı məsafədən üç dəfə böyük olan qırıq xətlər-üfiqi nişanlanma (yolun uzununa nişanlama) xətlərinə aiddir. “Yol hərəkəti haqqında” AR Qanununa əsasən ötmə - hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, xx.xx.2026-cı il tarixində saat 16:03-də Quba şəhəri ərazisində ötmə qaydalarını pozaraq əks istiqamətli hərəkət zolağına çıxmasını əks etdirən inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar təqdim edilməmişdir. Qeyd olunan hallar inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından, məhkəmə hesab edir ki, həmin şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə Azərbaycan Respublikası DİN Quba RPŞ -nin xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası DİN Quba RPŞ-nin YPX-nin xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Qazıbəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar