Məhkəmə qərarları › İş №3(5-139)-33/2026

Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-33/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-33/2026 05.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 xx.xx.2026-cı il tarixli, TP ******* saylı qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, xx.xx.2026-ci il tarixli İXP7714362 saylı inzibati qərarın ləğv edilməsinə, haqqında tətbiq edilmiş 100 manat cərimənin və cərimə balının ləğvinə qərar verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, o, X3 02 yanvar 2026-cı il tarixində saat təxmini 17-00 da Quba rayonu Amsar kəndi ərazisində hərəkətdə olarkən qar yağması və yol səthinin buzlu-sürüşkən olması səbəbindən idarə etdiyi avtomobillə qəza etmiş, hərəkətdə olarkən avtomobili sürüşüb yol kənarında turbaya dəyib və maşını zədə alıb. Hadisə nəticəsində heç bir nəqliyyat vasitəsinə, heç bir şəxsə, heç bir başqa əmlaka zərər dəyməmişdir. Hadisə yerinə sığorta əməkdaşı və DYP əməkdaşı Quba R.P.Ş. əməkdaşı gəlib, hadisəni qeydə aldı və ona idarəyə sənədlərə qol çəkməyə dəvət etdi. X4 İXM 327,2 bəndi üzrə əks tərəfə çıxmaqla manevr qaydasının pozulmasına görə cərimə yazdı. (100 manat 3 bal) Yuxarıdada qeyd elədiyi kimi hadisə hava və yol şəraitinin kəskin pisləşməsi, yolun buz tutması səbəbilə baş vermişdir. Onun tərəfindən qəsdən və ya ehtiyatsız manevr etmə faktı olmamışdır. Hadisə bilavasitə yol hərəkət qaydalarının pozulması nəticəsində deyil, obyektiv təbii şəraitin təsiri ilə baş vermişdir. Buna görədə AR İXM-nin 327,2-ci maddəsinin tədbiqi əsassızdır. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, DİN-nin Quba rayonu YPX-nin polis mayoru X2 tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair İXP ******* saylı protokol üzrə inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli, TP ******* saylı qərar qəbul edilmiş və həmin qərara əsasən 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X3 barəsində tərtib olunmuş xx.xx.2026-cı il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati iş, ərizədə göstərilən xüsusatlar nəzərə alınmaqla yenidən araşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair tərtib olunmuş xx.xx.2026-cı il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba Rayon Polis şöbəsinə göndərilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar