Məhkəmə qərarları › İş №3(5-139)-41/2026

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(5-139)-41/2026

11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(5-139)-41/2026 11.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə Quba RPŞ-nin İTB-nin xx.xx.2026-cı il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 ərizə ilə müraciət edərək, Quba RPŞ-nin İTB-nin xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi edilməsini xahiş etmişdir. Daha sonra ərizə ilə müraciət edərək şikayət ərizəsinin qaytarılmasını xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdə keçirib hesab edir ki, şikayət ərizəsinin qaytarılması xahiş olunduğundan, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Quba RPŞ-nin İTB-nin xx.xx.2026-cı il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X1 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar