Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(5-139)-49/2026 23.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızı X3 şikayətini nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: X2 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, AYN ******* saylı, xx.xx.2025-ci il tarixli, EQ 31657589 saylı, xx.xx.2025-ci il tarixli, EQ 31657590 saylı, xx.xx.2025-ci il tarixli, EQ 31657591 saylı, xx.xx.2025-ci il tarixli, EQ 31657592 saylı, xx.xx.2025-ci i tarixli, EQ 31657593 saylı, xx.xx.2025-ci il tarixli və EQ 32321952 saylı, xx.xx.2025-ci il tarixli qərarlar əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Şikayəti və ona əlavə olunmuş sənədləri araşdırıb, AYN ******* saylı, xx.xx.2025-ci il tarixli, EQ 31657589 saylı, xx.xx.2025-ci il tarixli, EQ 31657590 saylı, xx.xx.2025-ci il tarixli, EQ 31657591 saylı, xx.xx.2025-ci il tarixli, EQ 31657592 saylı, xx.xx.2025-ci i tarixli, EQ 31657593 saylı, xx.xx.2025-ci il tarixli və EQ 32321952 saylı, xx.xx.2025-ci il tarixli qərarlardan şikayət verilməsi prosedurunun, hər bir inzibati tənbeh vermə barədə qərara münasibətdə inzibati icraatın müstəqil həyata keçirilməsinin, həmçinin bir neçə qərarlardan bir icraat qaydasında şikayət verilməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığını qeyd edərək hesab edirəm ki, inzibati xəta haqqında qərarlardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokollar əsasında qəbul edilmiş qərarlarından ayrı-ayrılıqda (hər bir qərara münasibətdə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Həmçinin, Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. X5 şikayət ərizəsində AYN ******* saylı, xx.xx.2025-ci il tarixli, EQ 31657589 saylı, xx.xx.2025-ci il tarixli, EQ 31657590 saylı, xx.xx.2025-ci il tarixli, EQ 31657591 saylı, xx.xx.2025-ci il tarixli, EQ 31657592 saylı, xx.xx.2025-ci i tarixli, EQ 31657593 saylı, xx.xx.2025-ci il tarixli və EQ 32321952 saylı, xx.xx.2025-ci il tarixli qərarları xx.xx.2026-cı il tarixdə əldə etdiyini qeyd etsə də, bunu təsdiq edən hər hansı sübutu şikayətinə əlavə etməmişdir. Qeyd edilən halların işə baxılarkən tamamlanması mümkün olmadığından, X1 qaytarılmalıdır. Eyni zamanda X4 izah olunur ki, şikayətin verilmə müddəti üzrlü səbəblərə görə buraxılmışdırsa, şikayətinə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə etməklə yenidən məhkəməyə müraciət edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 130-132-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X1 qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(5-139)-49/2026
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(5-139)-49/2026
23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver