Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-50/2026 02.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə X1 Azərbaycan Respublikası DİN-nin Quba RPŞ YPX inspektoru polis baş serjantı X3 tərtib etdiyi inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2026-cı il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, TP ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokol əsasında onun barəsində tərtib edilmiş inzibati işin icraatına xitam verilməsini və protokolun ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, o, xx.xx.2026-ci il tarixdə saat 12:04 radələrində mülkiyyətində olan “X5 Prado” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Quba şəhərində yerləşən köhnə avtovağzal ərazisində olarkən, Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi əsası ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Onun barəsində tərtib edilmiş həmin qərar əsassız və qanunsuzdur. Qərar ilə razılaşmır. Onun tərəfindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir, bu qərar heç bir əsas və sübut olmadan çıxarılmışdır. Hansı ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətanın törədilməsində təqsirini sübuta yetirmək vəzifəsi bu icraatı başlamış vəzifəli şəxsin üzərinə düşür. Beləliklə barəsində tərtib edilmiş yuxarıda göstərilən inzibati xəta haqqında qərar qanunun tələbləri pozulmaqla, qərəzli formada tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 şikayəti müdafiə edərək bildirdi ki, xx.xx.2026-ci il tarixdə Quba şəhərində yerləşən köhnə avtovağzal ərazisində olan dairəyə daxil olub hərəkətinə davam edən zaman YPX-nin əməkdaşları ona saxla işarəsi vermiş, ona dairəyə daxil olarkən avtomobillərə yol verməməsi ilə yol hərəkəti qaydalarını pozmasını bildirmişlər. Həmin vaxt ona protokol tərtib edilməmiş, 1 gün sonra telefonuna elektron qaydada protokol daxil olmuşdur. O, həmişə həmin yoldan istifadə edir və köhnə avtovağzal ərazisindən keçərkən dairəni gözləyib keçir. Həmin gün dairəyə daxil olan gələn avtomobillərə fikir vermiş, avtomobil olmadığı üçün hərəkətinə davam etmişdir. Barəsində tərtib olunmuş protokol və qərarı əsassız hesab edərək, şikayətinin təmin olunmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Quba RPŞ-nin DYPB-nə məlumat verilsə də, DYPB nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə DYPB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştrakçılarını dinləyib, şikayət ərizəsində qeyd olunanlara və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, X1 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında hadisənin olduğu videogörüntüyə baxılan zaman məlum oldu ki, “X5 Prado” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili Quba şəhərində yerləşən köhnə avtovağzal ərazisində yerləşən dairəvi yolda hərəkətdə olan digər nəqliyyat vasitəsinə yol vermədən dairəvi yola daxil olaraq yoluna davam etmişdir. “X5 Prado” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 bu hərəkəti ilə yol hərəkəti qaydalarını pozmuşdur. Bu da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhhəmə iclasında təqdim edilmiş videogörüntü mötəbər sübut kimi qəbul edilərək, X1 şikayətində göstərilən hallar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər, belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamış, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Şərh edilənlərə əsasən, X1 Azərbaycan Respublikası DİN-nin Quba RPŞ YPX inspektoru polis baş serjantı X3 tərtib etdiyi inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2026-cı il tarixli qərarın ləğv edilməsi barədə şikayətinin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN-nin Quba RPŞ YPX inspektoru polis baş serjantı X3 tərtib etdiyi inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2026-cı il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №3(5-139)-50/2026
Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-50/2026
02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver