Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(5-139)-64/2026 09.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakimi Kamilli Günel Hakim qızı, X1 AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 08 yanvar 2026-cı il tarixli, EQ 33166167 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətini nəzərdən keçirib, müəyyən etdim: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 yanvar 2026-cı il tarixli, EQ 33166167 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət və əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, X2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, , bu məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinə etdiyi şikayəti təmin olunaraq EQ 33166167 nömrəli qərara xitam verilmişdir. Bu səbəbdən də iş üzrə sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ vardır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd edilən Məcəllənin 139.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət orqanları, bələdiyyələr, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi şəxslər üçün məcburidir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118, 128 və 129-cu maddələrini rəhbər tutaraq, qərara aldı: X1 AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 08 yanvar 2026-cı il tarixli, EQ 33166167 saylı qərarın ləğv ediməsi barədə şikayət materialı geri qaytarılsın. Qərardan şikayət verilə bilməz. Hakim: Günel Kamilli
Məhkəmə qərarları › İş №3(5-139)-64/2026
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(5-139)-64/2026
09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver