Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-86/2026 11.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, «Azərbaycan Avtomobil Yolları X5 Hüquqi Şəxs 5 saylı Yol İstismarı» MMC-nin X2, Azərbaycan Dövlət Su X1 Suların İstifadəsinə və X3 Xidməti 13 saylı Quba-Xaçmaz regional bölməsinin nümayəndəsi X6 iştirakı ilə, «Azərbaycan Avtomobil Yolları X5 Hüquqi Şəxs 5 saylı Yol İstismarı» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2, 264.0.1 və 229-cu maddəsilə Azərbaycan Dövlət Su X1 Suların İstifadəsinə və X3 Xidməti 13 saylı Quba- Xaçmaz regional bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Dövlət Su X1 Suların İstifadəsinə və X3 Xidməti 13 saylı Quba-Xaçmaz regional bölməsindən «Azərbaycan Avtomobil Yolları X5 Hüquqi Şəxs 5 saylı Yol İstismarı» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2, 264.0.1 və 229-cu maddəsilə 30 yanvar 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2026-cı il tarixdə Quba rayonu, İ Nügədi kəndi ərazisində yerləşən Qudyal çayının məcrasında 5 saylı Yol İstismar MMC-yə məxsus qum-çınqıl emalı sexinin fəaliyyət göstərdiyi xüsusi texnika vasitəsilə qanunsuz qazıntı işlərinin aparıldığı və çirkab suların təmizlənmədən çaya axıdıldığı müəyyən olunmuşdur. Məhkəmə iclasında «Azərbaycan Avtomobil Yolları X5 Hüquqi Şəxs 5 saylı Yol İstismarı» MMC-nin nümayəndəsi X4 protokolda qeyd edilənləri qəbul edərək, bir daha belə bir hallara yol verilməyəcəyini bildirmişdir. Azərbaycan Dövlət Su X1 Suların İstifadəsinə və X3 Xidməti 13 saylı Quba-Xaçmaz regional bölməsinin nümayəndəsi X6 protokolu müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Dövlət Su X1 Suların İstifadəsinə və X3 Xidməti 13 saylı Quba-Xaçmaz regional bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, 002635 nömrəli akta əsasən Qudyal çayının sağ sahilində Quba rayonu İ Nügədi kəndi ərazisindən keçən hissəsində çayın sağ sahilində qum-çınqıl emalı sexinin fəaliyyət göstərdiyi qeydə alınmışdır. Aparılmış monitorinq nəzarət tədbirləri zamanı çay yatağında texnika vasitəsi ilə qazıntı işlərinin aparıldığı, çıxarılan qum-çınqıl materiallarının ərazidən daşındığı, həmçinin qum-çınqıl emalı sexinin istehsal fəaliyyəti nəticəsində yaranan tuallantı sualarının diametrləri 300 mm və 500 mm olan metal borular vasitəsi ilə iki nöqtədən heç bir təmizləyici qurğu tətbiq etmədən bir başa Qaraçay çayına axıdıldığı aşkar edilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, sözügedən qum-çınqıl karxana sexi və xüsusi texnikalar «Azərbaycan Avtomobil Yolları X5 Hüquqi Şəxs 5 saylı Yol İstismarı» MMC-yə məxsusdur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş «Azərbaycan Avtomobil Yolları X5 Hüquqi Şəxs 5 saylı Yol İstismarı» MMC tərəfindən su obyektlərinin özbaşına tutulmasına və su obyektləri üzərində mülkiyyət hüququnun pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2, 264.0.1 və 229-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Törədilmiş əməl düzgün olaraq qeyd edilən maddə ilə tövsif olunmuşdur, əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar olmadığından, ona həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. AR İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 262.1.2-ci maddəsinə əsasən su obyektlərinin özbaşına tutulmasına görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. 229-cu maddəsinə əsasən Su obyektləri üzərində mülkiyyət hüququnun pozulmasına görə- fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu «Azərbaycan Avtomobil Yolları X5 Hüquqi Şəxs 5 saylı Yol İstismarı» MMC-na istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. AR İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Qeyd edilən Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. AR İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar nəzərə alınmaqla «Azərbaycan Avtomobil Yolları X5 Hüquqi Şəxs 5 saylı Yol İstismarı» MMC barəsində 7500 manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin təmin edilməsi baxımından daha məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: «Azərbaycan Avtomobil Yolları X5 Hüquqi Şəxs 5 saylı Yol İstismarı» MMC Azərbaycan Respublikası İXM-nin 262.1.2, 264.0.1 və 229-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 7500 (yeddi min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Günel Kamilli
Məhkəmə qərarları › İş №3(5-139)-86/2026
Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-86/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver