Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(5-140)-10/2026 12.02.2026 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Mübariz oğlunun sədrliyi, Şəxs barəsində Qubadlı rayon X2 patrul Xidməti tərəfindən tərtib edilmiş İXP ******* seriyalı, xx.xx.2026-cı il tarixli protokola və protokola əlavə edilmiş sənədlərə işə baxılmağa hazırlanması mərhələsində baxaraq məhkəmə, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 333.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, İXP ******* seriya nömrəli protokol tərtib olunaraq baxılması üçün Qubadlı Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş izahatlardan və o cümlədən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2026-cı il tarixli qərardan barəsində protokol tərtib edilmiş sürücü Şəxs xx.xx.2026-cı il tarixdə sahibliyində olan avtomobili Qubadlı rayon ərazisində idarə edərkən idarəetməni itirərək yolda olan daşa çırpılaraq hadisə törətdiyi, yoxlama zamanı onun spirtli içkidən istifadə edərək alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. İş materialları ilkin olaraq tədqiq edilərkən barəsində protokol tərtib edilmiş sürücü Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Qubadlı rayon ərazisində yerləşən N saylı hərbi hissəsində mayor rütbəsində, artilleriya diviziyasının komandiri vəzifəsində xidmət etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin: - 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. - 43.4-cü maddəsinə əsasən bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Göründüyü kimi protokol tərtib edən orqan Şəxs barəsində tərtib edilən protokolu baxılması üçün aidiyyatı üzrə hərbi məıhkəməyə göndərməli olduğu halda, yalnış olaraq Qubadlı Rayon Məhkəməsinə göndərmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Qubadlı rayon ərazisində yerləşən N saylı hərbi hissəsində mayor rütbəsində, artilleriya diviziyasının komandiri vəzifəsində xidmət etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, material baxılması üçün aidiyyatı üzrə Füzuli Hərbi Məhkəməsinə göpndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd olunmalıdır ki, məhkəmənin icraatına daxil olan material ilə bağlı məhkəmə aidiyyatı vaxtında, dəqiq və aydın müəyyən edildiyi təqdirdə növbəti mərhələdə işə baxılarkən prosessual müddətlərə ciddi əməl edilməklə işin mahiyyəti üzrə həll edilməsi inzibati məsuliyyət üçün müəyyən olunan müddətlərin də pozulmaması ilə nəticələnmiş olur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43.4, və 112.2.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Qubadlı rayon X2 patrul Xidməti tərəfindən tərtib edilmiş İXP ******* seriyalı, xx.xx.2026-cı il tarixli protokol və ona əlavə edilmiş sənədlər aidiyyatı üzrə baxılması üçün Füzuli Hərbi Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. X3
Məhkəmə qərarları › İş №3(5-140)-10/2026
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №3(5-140)-10/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver