Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(5-141)-111/2026 18.03.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Səfərli Günel Adil qızının sədrliyi, Hacıbalayev Ayaz İlham oğlunun katibliyi ilə, Qusar RPŞ-nin nümayəndəsi, protokolu tərtib etmiş olan şəxs X3, X1 iştirakları ilə X4 Qusar RPŞ-nin xx.xx.2026-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X6 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2026-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X6 ərizəsini onunla əsaslandımışdır ki, xx.xx.2026-cı il tarixdə, təxminən səhər saat 07-08 radələrində idarə etdiyi “MİTSUBİSHİ L200 MİNİK” marakalı, ** BY *** dövlət qeydiyyat nişanlı avtomaşınla yaşadığı Qusar rayon, Çiləgir kəndindən Xudat şəhərinə getmək məqsədi ilə yola düşmüşdür. Qusar rayon Polis şöbəsinin inzibati binasının arxa tərəfindən şəhər avtovağzalına tərəf adi qaydada normal surətdə hərətdə olmuşdur. Yolda hərəkətdə olan zaman arxadan YPX avtomaşını ilə gəlib onu YPX inspektoru saxlamış və ona bildirmişdir ki, güya o, yolda əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. Halbuki heç bir qayda pozuntusu törətməmiş, ona görə polis əməkdaşına etirazını bildirmişdir. Polis əməkdaşı isə ona cavabında “yaxşı, çıx get” cavabını vermiş, o da YPX inspektorunun cavabından elə bilmişdir ki, onun etirazı ilə razılaşmışdır. Ona görə də o yoluna davam etmişdir. Onun etirazına baxmayaraq xəbəri olmadan, barəsində protokol tərtib edilmiş və surətini ona təqdim etməmişdir. Hadisədən Təxminən 2 saat sonra mobil telefonuna SMS daxil olmuşdur ki, güya o, Azərbaycan Respublikası İXM-nin 327.2-ci madəsində göstərilmiş inzibati xətanı törətdiyinə görə, əyni əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğuna görə 100 manat məbləğində cərimə edilmişdir. Yuxarıda göstərilənlərin nəzərə alınaraq həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qusar RPŞ-nin nümayəndəsi, protokolu tərtib etmiş olan şəxs X7 məhkəmə iclasında qəbul edilmiş qərarı müdafiə edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. X2 məhkəmə iclasında izahatında şikayət ərizəsində göstərilən halları müdafiə edərək şikayət ərizəsinə uyğun məzmunlu izahat vermişdir. Məhkəmə məhkəmə iclasında verilmiş izahatları, şikayət ərizəsini, CD diski və iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət ərizəsi təmin edilməlidir. Belə ki, CD diskə baxış zamanı məlum olmuşdur ki, şəxsin Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində göstərilən inzibati xətanı törətməyini sübut edəcək hansısa halın olması müəyyən olmamış, şəxsin hər hansı avtomobili ötməsi yaxud manevr etməsi görünməmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, Qusar RPŞnin xx.xx.2026-cı il tarixli, TP ******* saylı qərarı ləvğ edilməli və iş üzrə icaata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir Maddə 135. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X4 Azərbaycan Respublikası İXM-nin 327.2 maddəsi ilə nəzərdə tutulan əməli törətməsi təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib araşdırılmamış, həmin şəxsin İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Həmçinin CD diskin tədqiqindəndə görünür ki, şəxsin Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərini pozması halları şübhəlidir və İXM-nin tələbləri baxımıdan isə hazırki iş üzrə şübhəli hallar təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, X4 şikayəti təmin edilməlidir və onun barəsində tərtib edilmiş xx.xx.2026-ci il tarixli TP ******* saylı qərarı ləğv edilməli və həmin qərar əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. Qusar RPŞ-nin xx.xx.2026-ci il tarixli TP ******* saylı qərarı ləğv edilsin və həmin qərar əsasında başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Günel Səfərli
Məhkəmə qərarları › İş №3(5-141)-111/2026
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(5-141)-111/2026
18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver