Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(5-141)-130/2026 04.03.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon Məhkəməsinin hakimi Səfərli Günel Adil qızının sədrliyi ilə, Qusar rayonu, X2 (köhnə Avaran Bələdiyyəsinin) sədri Şəxs barəsində Qusar Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokol əsasında tərtib edilmiş materiala hazırlıq mərhələsində baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-660/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Qusar rayonu, X2 (köhnə Avaran Bələdiyyəsinin) sədri Şəxs icranı təmin etməkdən yayınır. Qusar Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2026-cı il tarixdə baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə təqdim olunmuş ərizə və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, həmin protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə iş materiallarını tədqiqi zamanı müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Qusar rayonu, X2 (köhnə Avaran Bələdiyyəsinin) sədridir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-660/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə üzərinə öhdəlik qoyulan şəxs isə Qusar rayonu, X3 (köhnə Avaran Bələdiyyəsidir). Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin tələbinə əsasən Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunduğundan, müvafiq qərarla da onun üzərinə hansısa vəzifə qoyulmadığından, Qusar rayonu, X2 (köhnə Avaran Bələdiyyəsinin) üzərinə vəzifə qoyulduğundan inzibati xətanın tərkibinin subyektə dair şərti pozulduğu üçün hazırki iş üzrə tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər məhkəmə tərəfindən natamam və düzgün tərtib olunmamış hesab olunaraq protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 17. Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana,vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Qusar rayonu, X2 (köhnə Avaran Bələdiyyəsinin) sədri Şəxs barəsində Qusar Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının İXM-nin 417 və 420-ci maddələrinə əsasən, QƏRARA ALDİM: Qusar rayonu, X2 (köhnə Avaran Bələdiyyəsinin) sədri Şəxs barəsində Qusar Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş olan Qusar Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 geri qaytarılsın Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel Səfərli
Məhkəmə qərarları › İş №3(5-141)-130/2026
Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(5-141)-130/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver