Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(5-141)-131/2026 06.03.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Səfərli Günel Adil qızının sədrliyi, Hacıbalayev Ayaz İlham oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qusar rayonu X12 (köhnə Avaran bələdiyyəsinin) sədri X3, Qusar rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 iştirakları ilə, Qusar rayonu X16 (köhnə Avaran bələdiyyəsi) barədə Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-660/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Qusar rayon X12 (köhnə Avaran Bələdiyyəsi) xx.xx.2007-ci tarixli 32 saylı qərarına əsasən X6 ayrılmış 0.28 ha torpaq sahəsində yerdə qalan 0.03 ha torpaq sahəsinin koordinatlarının müəyyən edilməklə yerinin göstərilməsi öhdəliyi Qusar rayon X14 (köhnə Avaran Bəldiyyəsi) həvalə edilmişdir. Borclu Qusar rayon X16 (köhnə Avaran Bələdiyyəsi) üzərinə qoyulmuş öhdəliyin təmin olunması barədə bildiriş göndərilsə də, həmin bələdiyyə icra sənədində qeyd olunan tələbi qanunla müəyyən edilmiş müddətdə təmin etməmiş və nəticə etibarı ilə Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qərarı icrasız qalmışdır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Qusar rayon X16 (köhnə Avaran Bələdiyyəsi) barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qusar rayonu X12 (köhnə Avaran bələdiyyəsinin) sədri X9 özünü təqsirli bilməmiş və izahatında göstərmişdir ki, Avaran Bələdiyyəsi ləğv olunaraq X14 birləşmişdir. Qətnamə çıxandan bələdiyyələrin birləşməsinə qədər keçən 1 il ərzində sabiq Avaran Bələdiyyəsi qətnaməni icra edə bilməmişdir, X16 məsələ ilə bağlı məlumatlandırılandan sonra qətnaməni yerinə yetirmək üçün aidiyyəti üzrə müraciətlər edilmişdir, bələdiyyə sədri, icra məmuru X13 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Qusar rayon şöbəsinin mühəndisi Səfərov Tərlan ilə birlikdə 21 oktyabr 2025-ci il tarixdə həmin ünvana baxış keçirtmiş, həmin torpaq sahəsinin texniki pasportu olmadığı üçün mühəndis həmin torpağı təyin edə bilmədi. Ona görə də məhkəmə qərarının icrası mümkün olmamışdır, daşınmaz əmlakın mühəndisi belə təyin edə bilmirsə, mən həmin torpağı necə təyin edim. Mən istəsəm də həmin torpağın harda yerləşməsini göstərə bilmərəm. Texniki pasport mövcud deyil, ona görə bilinmir, hansı torpaqdır. Gərək həmin 0,25 ha torpa sahəsinin koordinatlarını bilinə ki, qalan 0,03 ha torpaq sahəsinin harada yerləşməsi müəyyən edilsin. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X13 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, həmin torpaq sahəsi əvvəlki Bələdiyyə tərəfindən bir nəfərə satılın, o da başqa birinə satıb, Fuad adlı şəxs həmin torpağa çıxarış alıb, lakin texniki pasport ala bilməyib. Onlar Xaçmaz Ərazi İdarəsinin Qusar rayon şöbəsinin mühəndisi Səfərov Tərlan ilə birlikdə 21 oktyabr 2025-ci il tarixdə həmin ünvana baxış keçirtmişlər, həmin torpaq sahəsinin texniki pasportu olmadığı üçün mühəndis həmin torpağı təyin edə bilməmişdir, ona görə də hazırda bələdiyyə inzibati məhkəmənin qərarını icra edə bilmir. Həmin mühəndis aktı da protokola əlavə edilib. İş materiallarını nəzərdən keçirib, protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib hesab edirəm ki, Şirinbala Velibekov oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-660/2024 saylı, xx.xx.2024 saylı icra sənədindən və xx.xx.2025-ci il tarixli Qusar rayon İcra və Probasiya şöbəsinin “icraata başlamaq haqqında” qərarından görünür ki, Qusar rayon X12 (köhnə Avaran Bələdiyyəsi) xx.xx.2007-ci tarixli, 32 saylı qərarına əsasən X7 ayrılmış 0.28 ha torpaq sahəsində yerdə qalan 0.03 ha torpaq sahəsinin koordinatlarının müəyyən edilməklə yerinin göstərilməsi öhdəliyi Qusar rayon X14 (köhnə Avaran Bəldiyyəsi) həvalə edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Qusar rayon X14 (köhnə Avaran Bəldiyyəsi) ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişin və eyni tarixli qərarın surətlərindən görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-660/2024 saylı, xx.xx.2024 saylı icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərov tərəfindən verilən “Torpaq sahəsinə dair müvafiq rəy”dən görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-660/2024 saylı icra sənədinə əsasən, Şəxs xx.xx.2007-ci il tarixli, 32 saylı qərarı ilə X6 ayrılmış 0,28 hektar torpaq sahəsində yerdə qalan 0,03 hektar torpaq sahəsinin koordinatlarının müəyyən edilməklə yerinin göstərilməsi öhdəliyi Qusar rayon Avaran Bələdiyyəsinə həvalə edilmişdir. Qeyd olunan icra sənədi üzrə aparılmış araşdırma zamanı mübahisələndirilən torpaq sahəsinin yerləşdiyi ərazi TEKUİS ve AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastr uçotu məlumat bazasında dəqiqləşdirilmiş və həmin ərazinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla, bələdiyyə mülkiyyəti kimi 0,28 hektar ölçüdə uçota alındığı müəyyən edilmişdir. Bununla yanaşı, mübahisələndirilən torpaq sahəsinin yerləşdiyi ərazinin 0,25 hektar hissəsinin və üzərində yerləşən fərdi yaşayış evinin Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)- 597/2022 nömrəli qəran ilə X2 xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır. Həmin qərar əsasında X4 **********83-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Lakin torpaq sahəsinə dair xüsusi mülkiyyətə verilmiş 0,25 hektar hissənin sərhədlərini ve koordinatlarını əks etdirən hüquqmüəyyənedici yerquruluşu sxeminin mövcud olmaması, eləcə də torpaq sahəsi üzərində X10 tərəfindən torpaq iddiasının (torpaq mübahisəsinin) mövcud olması səbəbindən X4 məxsus fərdi yaşayış evi üzrə texniki pasport tərtib edilməmişdir. X8 özünə məxsus **********83-10301 reyestr nömrəli daşınmaz əmlakı xx.xx.2023-cü il tarixli, 40-525 reyestr nömrəli bağışlanma müqaviləsi esasında X11 bağışlamış, sonuncu isə həmin daşınma Əmlakı xx.xx.2025-ci il tarixli, 48-1658 reyestr nömrəli alqı-satqı müqaviləsi esasında X1. Qeyd olunan hallarla əlaqədar olaraq, hazırkı mülkiyyətçi X15 maxsus fərdi yaşayış evi üzrə də texniki pasportun tartib edilməsi mümkün olmamışdır. Eyni zamanda, xüsusi mülkiyyətə verilmiş 0,25 hektar torpaq sahəsinin sərhədlərini və koordinatlarını əks etdirən hüquqmüəyyənədici yerquruluşu sxeminin mövcud olmaması səbəbindən X6 ayrılmış 0,28 hektar torpaq sahəsində yerdə qalan 0,03 hektar hissənin koordinatlarının naturada müəyyən edilməsi də mümkün olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-660/2024 saylı, xx.xx.2024 saylı icra sənədi üzrə məcburi icra tədbirləri həyata keçirilərkən bələdiyyə sədrindən müvafiq izahatlar alınmış, bələdiyyə sədri, icra məmuru X13 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Qusar rayon şöbəsinin mühəndisi Səfərov Tərlan ilə birlikdə 21 oktyabr 2025-ci il tarixdə həmin ünvana baxış keçirilmiş, həmin torpaq sahəsinin texniki pasportu olmadığı üçün mühəndis həmin torpağı təyin edə bilməmişdir. Ona görə də məhkəmə qərarının icrası mümkün olmamışdır. Məhkəmə hesab edir ki, bələdiyyənin əməli o halda qərəzli və üzrsüz olardı ki, bələdiyyə sədri həqiqətən də icra məmurunun tədbirlərindən, çağırışlardan qərəzli olaraq yayınsın, icra məmuruna bu barədə məlumat verməsin. Hansı ki, bələdiyyə sədri hər çağırışa gəlmiş, icra məmurunun qanunauyğun tədbirlərinə cavab vermiş, birlikdə müvafiq məhkəmə qərarını, icra sənədini icra etmək üçün mübahisəli torpaq sahəsinə, ünvana getmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərov tərəfindən verilən “Torpaq sahəsinə dair müvafiq rəy”dən də göründüyü kimi xüsusi mülkiyyətə verilmiş 0,25 hektar torpaq sahəsinin sərhədlərini və koordinatlarını əks etdirən hüquqmüəyyənədici yerquruluşu sxeminin mövcud olmaması səbəbindən X6 ayrılmış 0,28 hektar torpaq sahəsində yerdə qalan 0,03 hektar hissənin koordinatlarının naturada müəyyən edilməsi də mümkün olmamışdır. Bu rəyə, verilmiş izahatlara, protokola əlavə edilmiş digər sənədlərə əsasən də müəyyən olunur ki, Qusar rayonu X12 (köhnə Avaran bələdiyyəsinin) əməlində qərəzlilik və üzrsüzlük halları müəyyən edilməmişdir. Bununla da, Qusar rayonu X12 (köhnə Avaran bələdiyyəsinin) Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-660/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasından qərəzli və üzürsüz olaraq yayınması və ona istinad olunan inzibati xətanı törətməsi məhkəmədə tam olaraq öz təsdiqini tapmamışdır. Odur ki, hazırkı halda Qusar rayonu X12 (köhnə Avaran bələdiyyəsinin) əməlində İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri yoxdur və o, inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikasının İXM-nin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qusar rayonu X12 (köhnə Avaran bələdiyyəsinin) əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Əməlində inzibati xəta tərkibi olmadığından Qusar rayonu X12 (köhnə Avaran bələdiyyəsinin) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Günel Səfərli
Məhkəmə qərarları › İş №3(5-141)-131/2026
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(5-141)-131/2026
06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver