Məhkəmə qərarları › İş №3(5-141)-17/2026

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(5-141)-17/2026

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(5-141)-17/2026 22.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Şəxs MMC haqqında Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə, Rusiya Federasiyasından “Samur” Gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Özbəkistan Respublikası vətəndaşı X1 idarə etdiyi “MAN TGX” markalı, 80F338RA/808313AA dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və onunla daşınan Özbəkistan Respublikası Djizzakskaya rayonunda qeydiyyatda olan SP “OO MONO ELECTRİK” şirkətindən Azərbaycan Respublikası ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs MMC tərəfindən elektrik yuvalarının çərçivələri yükü X-RAY yoxlamasına göndərilmişdir. X-ray yoxlaması zamanı nəqliyyat vasitəsinin yük yerində şübhəli cizgilər müəyyən edilmişdir. Bundan sonra nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmiş, gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin yükündə mal müşayiət sənədlərində qeyd olunmayan 50 ədəd kataloq jurnalı və 49 ədəd gödəkçə aşkar olunaraq protokol əsasında götürülmüşdür. Faktla bağlı Xaçmaz Gömrük İdarəsinin, Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, X2 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, № 01400-10476/25 nömrəli protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC və Azərbaycan Respublikası Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İXM-nin 64-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekpertiza” Birliyinin 071/25-X nömrəli, xx.xx.2025-ci il tarixli ekspertiza aktına əsasən tədqiqata təqdim edilmiş gödəkçənin 1 ədədi 16 (on altı) manat, 49 ədədi 784 (yeddi yüz səksən dörd) manatdır. Tədqiqata təqdim edilmiş 50 ədəd kataloq jurnalın qiyməti isə müəyyən edilə bilməmişdir. Təqdim edilmiş malların xx.xx.2025-ci il tarixə mövcud olan orta bazar (satış) qiyməti 784 (yeddi yüz səksən dörd) manat təşkil edir. İş materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, Şəxs MMC həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, hüquqi şəxs Şəxs MMC 50 ədəd kataloq jurnalı və 49 ədəd gödəkçəni gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin digər hallarını nəzərə alaraq hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 18.5 Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. İş üzrə ekspertiza xərci olan 80 (səksən) manat olan ekspertiza xərci hüquqi şəxs Şəxs MMC tərəfindən ödənilməlidir. 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olmuş 50 ədəd kataloq jurnalı və 49 ədəd gödəkçə müsadirə edilsin. İş üzrə ekspertiza xərci olan 80 (səksən) manat rüsum xərci hüquqi şəxs Şəxs MMC tərəfindən ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar