Məhkəmə qərarları › İş №3(5-141)-23/2026

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(5-141)-23/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(5-141)-23/2026 05.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Səfərli Günel Adil qızının sədrliyi, Hacıbalayev Ayaz İlham oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli EQ 33134897 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli EQ 33134897 saylı inzibati tənbeh tətbiq etmə haqqında elektron qərar tərtib edilmiş və həmin qərarla həmin şəxs həmin maddə ilə təqsirli bilinib 40 (qırx) manat məbləğində cərimə edilmişdir. X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmiş və şikayətində yol nişanın tələblərinə uyğun hərəkət etdiyini bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin X5i şöbəsinin nümayəndələri məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin X5i şöbəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 şikayəti müdafiə etmiş, şikayət ərizəsində göstərilən halları təsdiq etmiş və izahatında göstərmişdir ki, həmin yolda tıxac çox olur, avtomobillər qayda pozuntularına çox yol verirlər, qəza törətməmək üçün də həmin xəttin üstündən keçmiş ola bilər, ona görə də videogörüntünün olması şərtdir ki, baxaq görək o, nə üçün o zolağın üstündən keçmişdir. Odur ki, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan həm barəsində inzibati tənbeh barədə qərar qəbul edilmiş şəxs tərəfindən şikayətə əlavə edilən, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən fotolardan da görünür ki, X2 06 yanvar 2026-cı il tarixində saat 23:24-radələrində idarə etdiyi X4 minik markalı, 77RY395 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Heydər Əliyev prospektində Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin Vİ hissəsi, 16-cı bəndi üfiqi nişanlanma 1.16.2 xəttinin tələbini pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Həmçinin məhkəmənin 27 yanvar 2026-cı il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən gələn cavab məktubunda bildirilir ki, X1 barəsində Azərbaycan Respublikası barədə protokolun tərtib olunmasına əsas olmuş sənədlərin surətlərinin, foto və video materiallarının təqdim olunması barədə xx.xx.2026-cı il tarixli 3(5-141)- 23/2026 nömrəli bildirişə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin X5i şöbəsində mahiyyəti üzrə baxılmışdır, X2 06 yanvar 2026-cı il tarixində saat 23:24-radələrində idarə etdiyi X4 minik markalı, 77RY395 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Heydər Əliyev prospektində Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin Vİ hissəsi, 16-cı bəndi üfiqi nişanlanma 1.16.2 xəttinin tələbini pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə ərazidə olan xüsusi texniki vasitə ilə qayda pozuntusu qeydə alınaraq avtomatik qaydada EQ33134897 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Həmçinin həmin cavab məktubuna əlavə edilmiş fotolardan da göründüyü kimi X2 06 yanvar 2026-cı il tarixində saat 23:24-radələrində idarə etdiyi X4 minik markalı, 77RY395 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Heydər Əliyev prospektində Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin Vİ hissəsi, 16-cı bəndi üfiqi nişanlanma 1.16.2 xəttinin tələbini pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsi- İ hissə:Yolun nişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Həmin maddənin Vİ hissəsi, 16-cı bəndi üfiqi nişanlanma 1.16.2 xəttinin tələbini pozulması, qanunun tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346- 1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında məhkəmə qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti, onun qəbul olunduğu gündən iki gün müddətində, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora verilir. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq hesab edirəm ki, hazırkı inzibati xəta haqqında işə baxmış və inzibati qərar qəbul etmiş Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən X2 barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli EQ 33134897 saylı inzibati tənbeh tətbiq etmə haqqında protokol və qərar tərtib edilərkən İXM-nin tələblərinə tam əməl olunmuş, X1 həmin xətanı törətməkdə təqsirli olması iş materiallarına əlavə edilmiş, həmçinin qərarı qəbul etmiş orqan tərəfindən göndərilmiş fotoşəkillər ilə sübuta yetirilmiş və bununla da, həmin protokol əsasında həmin şöbə tərəfindən qəbul edilmiş xx.xx.2026cı il tarixli EQ 33134897 saylı qərar tam qanuni və əsaslı olmuşdur. İşə baxılarkən və qərar qəbul edilərkən İXM-nin 135.1-ci maddəsində sadalanan, inzibati xəta haqqında qərarın dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas olan halların heç birinə yol verilməmişdir. Odur ki, hesab edirəm ki, şikayət təmin edilməməli, Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş yuxarıda göstərilən məlum qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən X2 barəsində tərtib edilmiş xx.xx.2026cı il tarixli EQ 33134897 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Günel Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar