Məhkəmə qərarları › İş №3(5-141)-26/2026

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(5-141)-26/2026

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(5-141)-26/2026 04.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Səfərli Günel Adil qızının sədrliyi, Hacıbalayev Ayaz İlham oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Ağdaş rayonunda anadan olmuş, Abşeron rayonu, Xırdalan Şəhəri, Bakı-Sumqayıt Şossesi 7-ci km, Abşeron rayonu, Gənclər şəhərciyi, yaşayış kompleksi, ev 3, mənzil 75-də qeydiyyatda olmaqla Abşeron rayonu, Gənclər şəhərciyi, ev 27, mənzil 75-də yaşayan, subay, sürücü işləyən, orta təhsilli Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Xaçmaz Gömruk İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən 15 06 2025-ci il tarixində saat 13:30 radələrində Rusiya Federasiyası istiqametinden Samur gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi "X8 1845" markalı 99ED429/99ZC429 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinın qoşqusunda sol tərəfdə əşyalar qoymaq üçun yerdə ehtiyyat hissələrinin arasından gömrük nəzarətindən beyan olunmamış iki sellofan bağlamada 100 ədəd və nəqliyyat vasitəsinın kabinasının sağ tərəfində yerləşən əşyalar qoymaq uçun yerdən 1 sellofan bağlamada 50 ədəd Zafran markalı göz dərmanları aşkar olunmuşdur, nəqliyyat vasitəsinın qoşqusunda sol tərəfdə əşyalar qoymaq üçun yerdə ehtiyyat hissələrinin arasından gömrük nəzarətindən beyan olunmamış ıkı sellofan bağlamada 100 ədəd və nəqliyyat vasitəsinın kabınasının sağ tərəfində yerləşən əşyalar qoymaq uçun yerdən 1 sellofan bağlamada 50 ədəd Zafran markalı göz dərmanları aşkar olunaraq protokol əsasında götürülmüşdür, iş üçün əhəmiyyətini nəzərə alıb, ekspertiza təyin edilməsi barədə qərardad tərtib olunmuş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə və Azərbaycan Respublikası Ticarət və X1 Birliyinin həvalə edilmişdir Azərbaycan Respublikası Ticarət və X2 Bırlıyının 29.08 2025-ci il tarixli, 037/25-X saylı mütəxəssis rəyinə əsasən 150 aded "Zafran markalı göz dərmanları 15.06 2025-ci il tarixə olan orta bazar qiyməti 12000,00 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mahkama Ekspertizası Mərkəzinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin rəyləri materiala əlavə edilmişdir. Faktla bağlı Şəxs barəsində toplanmış materiallar Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə, daha sonra isa Nəqliyyatda Baş Polis İdarəsinə göndərilmişdir, xx.xx.2025-ci il tarixdə Nəqliyyatda Baş Polis İdaresi tərəfindən AR CPM-in 39.12-ci maddəsinə əsasən X4 barəsində cinayat işinin başlanılması rədd edilmiş və İXMin 482.1-ci maddəsi ilə icraat aparılması üçun Xaçmaz Gömrük idarəsinə göndərilmişdir. Faktla bağlı Xaçmaz Gömrük İdarəsinin, Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə 10 dekabr 2025-ci il tarixli, EP № ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, Xırdalan şəhərində yaşadığını, 2018-ci ildən beynəlxalq yük daşımada sürücülük etdiyini bildirmişdir. xx.xx.2025-cü il tarixdə idarə etdiyi "X9 1845" markalı, 99ED429/99ZC429 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Rusiya Federasiyasının Ufa şəhərinə "pomidor" yükü aparmışdır. Apardığım yükü boşaltdıqdan sonra X5 Kamensk şəhərinə gedərək Bakı şəhərinə gətirmək üçün "plastik qırıntılar" yükü yükləmiş və xx.xx.2025-ci il tarixdə Azərbaycana gəlmək üçün yola düşdüm. Dərbənd şəhəridən keçərəkən Anar adlı şəxsdən Azərbaycana gətirmək üçün 3 bağlamada 150 ədəd "Zafran" sözü qeyd edilmiş göz dərmanları almışdır. xx.xx.2025-ci il tarixdə, "Samur" gömrük postunda gömrük yoxlaması zamanı 3 bağlamanın içərisində ümumilikdə 150 ədəd üzərində "Zafran" sözü qeyd edilmiş göz dərmanları aşkar edilmişdir, əməlini etiraf edir, əməlindən səmimi peşmandır. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Ticarət və X2 Bırlıyının 29.08 2025-ci il tarixli, 037/25-X saylı mütəxəssis rəyinə əsasən 150 ədəd "Zafran markalı göz dərmanları 15.06 2025-ci il tarixə olan orta bazar qiyməti 12000,00 manat təşkil edir. İş materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs ikı sellofan bağlamada 100 ədəd və nəqliyyat vasitəsinın kabinasının sağ tərəfində yerləşən əşyalar qoymaq uçun yerdən 1 sellofan bağlamada 50 ədəd, cəmi 150 ədəd Zafran markalı göz dərmanları gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məsuliyyəti yüngülləşdirən hallar isə şəxsin təqsirini etiraf etməsi, əməlindən səmimi peşman olmasıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəməyədək icraat zamanı inzibati xətanın bilavasitə obyekti olan iki sellofan bağlamada 100 ədəd və nəqliyyat vasitəsinın kabinasının sağ tərəfində yerləşən əşyalar qoymaq uçun yerdən 1 sellofan bağlamada 50 ədəd, cəmi 150 ədəd Zafran markalı göz dərmanları müsadirə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin, ikı sellofan bağlamada 100 ədəd və nəqliyyat vasitəsinın kabinasının sağ tərəfində yerləşən əşyalar qoymaq uçun yerdən 1 sellofan bağlamada 50 ədəd, cəmi 150 ədəd Zafran markalı göz dərmanları müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Günel Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar