Məhkəmə qərarları › İş №3(5-141)-46/2026

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(5-141)-46/2026

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(5-141)-46/2026 26.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Səfərli Günel Adil qızının sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi, Qusar RPŞ-nin nümayəndəsi X1, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx.xx.2004-cü ildə Qusar rayonu, Hil kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən Şəxsnun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, 23:30 radələrində Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “Dostlar” kafesində Kəmalə Süleymanovanın ünvanına ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Təqdim edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “Dostlar” kafesinin qarşısında polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək, onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin faktlarla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN ******* saylı və 535.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Qusar RPŞ-nin nümayəndəsi, İTB-nin polis sahə rəisi, polis mayoru X4 məhkəmə iclasında protokolları müdafiə edərək inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında protokol üzrə özünü təqsirli bilərək bildirmişdir ki, hazırda əməlindən peşmandır, hadisə zamanı sərxoş vəziyyətdə olduğundan nə etdiyini dərk etməmişdir. Əməllərindən səmimi peşman olduğunu və bir daha belə qanunsuz hərəkətlər etməyəcəyini bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X6 məhkəmə iclasında Şəxs təqsirini etiraf etməsini və səmimi peşmançılığının məhkəmə tərəfindən nəzərə alınmağını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında xx.xx.2026-cı il tarixdə, saat 23:30 radələrində kafedə Şəxs sərxoş vəziyyətdə onun ünvanına nalayiq ifadələr işlədərək onu və ailəsini təhqir etdiyini, dəfələrlə Şəxs sakitləşdirməyə çalışmasına baxmayaraq sonuncunun sakitləşmədiyini, əksinə daha da aqresivləşərək onu təhiq etdiyini bildirmişdir. Şəxsnun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi həm özünün etirafedici izahatı, həm də şahid izahatı ilə sübut olunur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin şəxsin törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinərək hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilməli, lakin yekun olaraq aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə-yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarına əlavə edilmiş Qusar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(029)-372/2025 saylı qərarında görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Qusar rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510cu maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat miqdarında cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli, protokollaşdırma nömrəsi 06505 olan alkotester qəbzindən görünür ki, Şəxs hadisə zamanı, yəni xx.xx.2026-cı il tarixdə, saat 00:28-də alkoqolun konsentrasiyası 0.846 promille olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs eyni əməlləri 1 il ərzində təkrar törətməsini və hazırki əməllərini sərxoş vəziyyətdə törətməsini ağırlaşdırıcı hal qismində, əməllərindən səmimi peşmançılığını və təqsirini etiraf etməsini isə yüngülləşdirici hal qismində nəzərə alır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməlin nəticəsini dərk etməsini, səmimi peşmançılığını və təqsirini etiraf etməsini nəzərə alaraq onun barəsində inzibati həbsin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir, Şəxsnun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 510-cu maddəsi ilə 50 (əlli) manat məbləğində cərimə, İXM-nin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Günel Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar