Məhkəmə qərarları › İş №3(5-141)-53/2026

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(5-141)-53/2026

30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(5-141)-53/2026 30.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Səfərli Günel Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs, Qusar Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kiçik leytenantı X3 iştirakları ilə, xx.xx.1996-cı ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, mühasib işləyən, Qusar şəhəri, Z.Əliyeva küçəsi, ev 52 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş, Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ünvan 1 ünvanında yaşayan 1996-cı il təvəllüdlü hərbi vəzifəli Şəxs hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədi ilə Sumqayıt şəhər Narkoloji Dispanserdə əlavə tibbi müayinə göndərilməsi və daxil olmuş müayinə aktına əsasən kannobinoidlərdən epizodik qəbul etməsi barədə xx.xx.2025-ci il tarixli 3-43-38/2- 41752/25 nömrəli məktubu daxil olmuşdur. Aparılmış araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs Qusar şəhəri, Z.Əliyeva küçəsi, ev 52 ünvanında qeydiyyatda olmaqla yaşayır. Belə ki, Şəxs 2023-cü ilin may ayında dolanışıq məqsədi ilə X4 Texas şəhərinə getmiş, 2025-ci ilin aprel ayında isə oradan deportasiya olunaraq yaşadığı Qusar şəhərinə qayıtmış, Amerikada olarkən təşkil olunmuş məclisdə ona təqdim olunan siqaretə bənzətdiyi tütün məhsulundan istifadə etmiş, sonradan məlum olmuşdur ki, həmin ona təqdim olunan tütün narkotik vasitə olan qurudulmuş marixuanadır. Şəxs Amerikadan qayıtdıqdan sonra xx.xx.2025-ci il tarixdə Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon Şöbəsindən Sumqayıt şəhər Narkoloji Dispanserində ondan götürülən sidik nümunəsinin nəticəsində narkotik vasitə istifadə etməsi aşkarlanmışdır. İzahatı alınmış Şəxs yuxarıda göstərilənləri təsdiq etmişdir. Təhqiqat araşdırması müddətində xx.xx.2026-cı il tarixdə Şəxs narkotik vasitə istifadəçisi olduğuna şübhə yarandığından o, «Respublika Narkoloji X10 şəxs Ambulator X1 müayinədən keçirilmiş və xx.xx.2026-cı il tarixli, 23 №-li Rəydən göründüyü kimi, Şəxs X8 zamanı ekspress-test üsulu ilə müayinə nəticəsində Şəxs götürülmüş sidik nümunəsində THC (+) aşkar olunmuş, müayinə zamanı ümumi zəiflik, əsəbilik, əzginlik, narahatçılıq, əzələlərdə olan ağrılar və yuxunun pozulması şəklində adbtinensiya əlamətləri aşkar olunmuş, narkotik vasitələrə qarşı patoloji meyl formalaşmış, müayinə zamanı Şəxs eyni zamanda bir neçə narkotik vasitələrin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmuşdur. Beləliklə toplanmış materiala əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə onun barəsində cinayət şinin başlanması rədd edilməsi qərara alınmış və iş materialları Qusar RPŞ-nin İTB-ya göndərilmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi polis kiçik leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə MN ******* saylı, 28 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Qusar Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kiçik leytenantı X5 protokolda göstərilənləri müdafiə edərək, protokolun mahiyyəti üzrə izahat vermişdir. Həmçinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə təqdim edərək, inzibati xəta haqqında protokol üzrə öz hüquqlarını özü müdafiə edəcəyini məhkəməyə bildirmiş, inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, törətdiyi əməli etiraf etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirdiyini və bir daha belə qanunsuz hərəkətlərə yol verməyəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki. Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Qusar RPŞ-nin İTB-ya müvafiq qərarın surəti göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsi Ambulator X2 haqqında xx.xx.2026-cı il tarixli № 23 saylı rəydən görünür ki, Şəxs kannabinoidlərdən istifadə nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onun davranışını, öz əməlinə tənqidi münasibətini, səmimi peşmançılığını, nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, tətbiq olunacaq inzibati cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir Hakim Günel Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar