Məhkəmə qərarları › İş №3(5-141)-56/2026

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(5-141)-56/2026

02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(5-141)-56/2026 02.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Səfərli Günel Adil qızının sədrliyi, Hacıbalayev Ayaz İlham oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oglunun iştirakları ilə, xx.xx.2000-ci ildə Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə tərtib edilmiş, Qusar Rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* saylı xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol və inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 21 yanvar 2026-cı il tarixdə saat 02:00 radələrində sürücülük hüququ olmadan “Toyota Land-Cruiser minik” markalı, 27BK958 dövlət qeydiyyat nişanlı avtomobili Qusar rayonu Bədirqala kəndində idarə edərkən yol hərəkəti qaydalarını pozaraq yol şəraitini nəzərə almamış, həmin kənddə yaşayan Nazir adlı şəxsə məxsus daş hasarı dəyərək, hasarı deşərək zərərçəkmiş şəxsə maddi zərər vurmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin İB-də araşdırma aparılmış və 19 iyul 2019-cu il tarixli qərarla həmin xüsusat üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə Qusar RPŞ-nin DYPB-nə göndərilmişdir. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 332.4-cü maddəsi ilə İXP ******* saylı xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq edərək izahatında göstərmişdir ki, həqiqətən də, o, 21 yanvar 2026-cı il tarixdə saat 02:00 radələrində sürücülük hüququ olmadan “Toyota Land-Cruiser minik” markalı, 27BK958 dövlət qeydiyyat nişanlı avtomobili Qusar rayonu Bədirqala kəndində idarə edərkən hava şəraiti ilə əlaqədar olduğum yolun səthi buzlu olduğundan idarəetməni idarə etməni itirdim və nəticədə avtomobilim sürüşərək əks hərəkət zolağına çıxaraq yolun kənarında yerləşən ATS-ə məxsus dəmir dirəyə və həmin kənddə yaşayan Nazir adlı şəxsə məxsus daş hasarı dəyərək, hasarı deşərək zərərçəkmiş şəxsə maddi zərər vurmuşdur. Suallara cavab olaraq da bildirmişdir ki, zərər onun tərəfindən ödənilməyib, maddi imkanı olmasa da, tezliklə usta aparıb həmin hasarı bərpa etdirəcək, beləliklə də vurduğu ziyanı aradan qaldıracaq. Həmçinin, törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, bir səhv etdiyini, bir daha belə hərəkətlərə yol verməyəciyi ilə bağlı ərizə də təqdim etmişdir və izahatında son olaraq, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oglu inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq edərək izahatında göstərmişdir ki, zərərçəkmiş bir dəfə onun həyətinə usta-fəhlə göndərərək bir neçə daş ucaltsa da, sonradan həmin usta, fəhlələr bir daha onun həyətinə gəlməmiş, işləri yarımçıq qoyub bir daha maraqlanmamışlar, hətta sonradan zəng vurub onları axtarsa da, bir xəbər ala bilməmişdir, sualara cavab olaraq bildirmişdir ki, istədiyi onun həbs olunması, cəzalanması deyil, vurduğu ziyanı ödəməsidir. Azərbaycan Respublikasının İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Qusar rayon Polis Şöbəsinin DYPB tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, Şəxs adına DİN-nin BDYPİ-nin mərkəzi informasiya sistemində hər hansı kateqoriyalı sürücülük vəsiqəsi qeydə alınmamışdır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimi həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 332.4cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşmançılıq hissi keçirməsi məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimənin tətbiq edilməsini məqsədəmüvafiqdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ogluna, ona dəymiş maddi ziyanın ödənilməsi üçün mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ogluna izah edilsin ki, ona dəymiş maddi ziyanın ödənilməsi üçün mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət edə bilər. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Günel Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar