Məhkəmə qərarları › İş №3(5-141)-63/2026

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(5-141)-63/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(5-141)-63/2026 05.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Səfərli Günel Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Hacıbalayev Ayaz İlham oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs, Qusar RPŞ-nin Həzrə Polis bölməsinin polis sahə rəisi polis mayoru X1 iştirakları ilə, xx.xx.1997-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, usta işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş, Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2026-cı il tarixdə saat 21:20 radələrində Qusar RPŞ-nin DYPB-nin yol patrul xidmətinin baş inspektoru, polis kapitanı Vasif Şıxəliyev, yol patrul xidmətinin inspektoru, polis baş serjantı Nurlan Aslanxanov ilə birlikdə Qusar rayonu, Ləcət kəndində xidmətdə olduqları zaman "Opel Vectra" markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin dönmə siqnalından istifadə etmədiyi üçün tərəflərindən saxlanıdarkən həmin avtomobilin sürücüsünün sərxoş vəziyyətdə olduğu və avtomobildə olan digər iki nəfər şəxsdən birinin özünü qeyri-adekvat apardığı, həmçinin narkotik vasitənin təsirı altında olması barədə onlarda şübhə yaranmış və hər üç şəxs inspektorlar tərəfindən Qusar RPŞnin Həzrə polis bölməsinə dəvət edilməklə gətirilmişdirlər. Polis kapitanı Vasif Şıxəliyev bu barədə raport tərtib etmiş və həmin raport Qusar RPŞ-nin Həzrə PB-nin "Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların qeydiyyatı kitabı"nda HK-1/02 sayı ilə qeydiyyata alınaraq, icrası ona həvalə olunmuşdur. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 21:20 radələrində Qusar RPŞ-nin DYPB-nin yol patrul xidmətinin baş inspektoru, polis kapitanı Vasif Şıxəliyev, yol patrul xidmətinin inspektoru, polis baş serjantı Nurlan Aslanxanov ilə birlikdə Qusar rayonu, Ləcət kəndində xidmətdə olduqları zaman "Opel Vectra" markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin dönmə siqnalından istifadə etmədiyi üçün tərəflərindən saxlanılarkən həmin avtomobilin sürücüsü olan Qusar rayonu, Əcəxur kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X2 alkoqol müayinəsi zaman onun sərxoş olduğu, həmçinin avtomobildə sərnişin qismində əyləşmiş. ünvan 3 ünvanda yaşayan Şəxs narkotik vasitənin təsiri altında olması barədə onlarda şübhə yaratdığı üçün digər sərnişin olan Qusar rayonu, Əcəxur kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X9 ilə birlikdə hər üç şəxs, inspektorlar tərəfindən Qusar RPŞ-nin Həzrə polis bölməsinə dəvət edilməklə gətirilmiş, sonra isə Şəxs narkotik vasitələrin istifadəsi, saxlanması, gəzdirilməsində şübhəli bilinərək, həmin gün saat 23:15-də şübhəli şəxs qismində tutulmuş və Qusar RPŞ-də Şəxs müdafiəçisi qismində iştirak edən vəkil X5, həmçinin Qusar RPŞ-nin əməkdaşlarının iştirakları ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə narkotik vasitəyə bənzər ot kütləsi aşkar edilərək götürülmüş və məhkəmə-bioloji ekspertizası təyin olunaraq icra olunması üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Sumqayıt Regional Şöbəsinə göndərilmişdir. Müdafiəçinin iştirakı ilə ifadə vermiş Şəxs taxminən beş aydır ki, narkotik vasitə olan marixuanadan istifadə etdiyini, bildirmişdir. Araşdırma zamanı vətəndaş Şəxs üzərində aşkar edilmiş ütlə 01 ədəd bükümdə təmiz çəkisi - 0,213 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə 05 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Sumqayıt Regional Şöbəsinə göndərilmiş və həmin tarixli, 20/02 saylı Ekspert rəyindən məlum olmuşdur ki, Şəxs üzərində aşkar edilmiş kütlə 01 ədəd bükümdə təmiz çəkisi - 0,213 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 05 yanvar 2026-cı il tarixli, 20/02 saylı Ekspert rəyi Qusar RPŞyə daxil olduqdan sonra xx.xx.2026-cı il tarixdə saat 23:15-də şübhəli şəxs qismində tutulmuş şəxs Şəxs Qusar RPŞ-nin MSY-də saxlanılması zərurəti qalmadığından xx.xx.2026-cı il tarixdə tutmadan azad edilməsi barədə qərar qəbul olunmuş və o, saat 17:30-da MSY-dən azad edilmişdir. xx.xx.2026-cı il tarixdə məhkəmə narkoloji ekspertizası təyin edilməsi haqqında qərarlar qəbul olunaraq Şəxs, Respublika Narkoloji Mərkəzə təqdim edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsi Ambulator X4nın xx.xx.2026-cı il tarixli, 87 nömrəli rəyində göstərilmişdir ki, ambulator X4 zamamı ekspress-test üsulu ilə müayinə nəticəsində Şəxs götürülmüş sidik nümunəsində THC (+) aşkar olunmuşdur. Lakin hal-hazırda Qayıtmazov Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə toplanmış materiala əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə onun barəsində cinayət işinin başlanması rədd edilməsi qərara alınmış və iş materialları Qusar RPŞ-nin İTB-ya göndərilmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin Həzrə Polis bölməsinin polis sahə rəisi polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə MN ******* saylı, 05 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Qusar RPŞ-nin Həzrə Polis bölməsinin polis sahə rəisi polis mayoru X3 protokolda göstərilənləri müdafiə edərək, protokolun mahiyyəti üzrə izahat vermişdir. Həmçinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə təqdim edərək, inzibati xəta haqqında protokol üzrə öz hüquqlarını özü müdafiə edəcəyini məhkəməyə bildirmiş, inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, törətdiyi əməli etiraf etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirdiyini və bir daha belə qanunsuz hərəkətlərə yol verməyəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki. Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Qusar RPŞ-nin İTB-ya müvafiq qərarın surəti göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsi Ambulator X4 haqqında xx.xx.2026-cı il tarixli № 87 saylı rəydən görünür ki, Şəxs kannabinoidlərdən istifadə etmə halı aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onun davranışını,öz əməlinə tənqidi münasibətini, səmimi peşmançılığını, nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədə müvafiq hesab etmir ki, həmin şəxsin barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, tətbiq olunacaq inzibati cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. İş üzrə maddi sübut olan və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış ümumi çəkisi 0,193 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir Hakim: Günel Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar