Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(5-141)-78/2026 11.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon Məhkəməsinin hakimi Səfərli Günel Adil qızının sədrliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası DİN Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokol əsasında tərtib edilmiş materiala hazırlıq mərhələsində baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Qusar rayonu, Balaqusar kəndində qonşusu Zərərçəkmiş şəxs yaşayan evin pəncərələrini boş butulka atıb sındırmışdır. Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2026-cı il tarixdə baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə təqdim olunmuş ərizə və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, həmin protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə iş materiallarını tədqiqi zamanı müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2009-cu il tarixdə doğulmuşdur və hal-hazırda 16 yaşındadır. Bununla da həmin şəxs yetkinlik yaşına çatmayan şəxs hesab olunduğundan şəxs Azərbaycan Respublikası İXM-nin tələbinə əsasən qanuni nümayəndə ilə təmsil olunmalıdır. Lakin məhkəməyədək icraat zamanı İXM-nin yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndə ilə təmsil olunması barədə və təyin edilmiş qanuni nümayəndənin inzibati xəta haqqında işdə iştirakının məcburiliyi tələbi pozulduğundan hazırki iş üzrə tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər məhkəmə tərəfindən natamam və düzgün tərtib olunmamış hesab olunaraq protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 63. Fiziki şəxsin qanuni nümayəndələri 63.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. 63.6. On səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda ,inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana,vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının İXM-nin 417 və 420-ci maddələrinə əsasən , QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş olan Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi X1 geri qaytarılsın Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel Səfərli
Məhkəmə qərarları › İş №3(5-141)-78/2026
Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(5-141)-78/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver