Məhkəmə qərarları › İş №3(5-141)-80/2026

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(5-141)-80/2026

11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(5-141)-80/2026 11.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Səfərli Günel Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Hacıbalayev Ayaz İlham oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs, Qusar rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, xx.xx.1984-cü ildə Qusar rayon Gican kəndində anadan olan, Qusar rayonu, Lanqo kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, ünvan 33.07 2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs tələbkar X1 olan 1800 manat borcu ödəməkdən qərəzli yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün həmin tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, fərdi əməklə məşğuldur, onun gəlirləri ay ərzində maksimum 400 manat təşkil edir. Özünün təzə ailəsi və həmin nikahdan bir övladı var, çalışır ki, həm alimenti ödəsin, həm də ikinci nikahından olan uşağını saxlasın. Həmin borc məbləği də əvvəllər 2020-ci ildə pandemiya dövründə işsiz olması ilə əlaqədar olub, həmin dövrdən sonra bacardığı qədər ödənişlərdən etmiş və bu günə qədər ödənilməmiş köhnə borclarından 1800 manat qalıb, onu da çalışacaq ki, hər ay 200 manat olmaqla ödəsin, borclarından da ödəsin, bildirdi ki, uşaqlar onun da uşaqlarıdır, istəyər ki, vaxtında ödəsin, sadəcə imkanı yoxdur deyə ödənişləri ödəyə bilmir, bu gün də 300 manat ödəmişdir, 1800 manatı da mütləq hər ay işləyib ödəyəcək. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi X3 izahatında protokolda göstərilənləri müdafiə etdiyini bildirmiş və protokol üzrə izahat vermişdir. Qeyd etmişdir ki, hal-hazırda ödənilməyən 1800 manat əvvəlki dövrdən qalan borclardır, digər uşaq artıq 18 yaşına çatıb, 1 uşaq üçün isə hələ də aliment ödənilir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış bildirişin surətindən görünür ki, ünvan 33.07 2020-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün yeni müddət verilmişdir. İş materiallarında olan Şəxs barədə məlumatların sorğulanması haqqıda sistemdən çıxarışdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlir yoxdur. Qusar rayon İcra və Probasiya şöbəsinin xx.xx.2026-cı il tarixli arayışdan da görünür ki, Şəxs ünvan 33.07 2020-ci il tarixli icra sənədi üzrə borcu 1800 manat təşkil edir. Beləliklə, məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə borcu ödəməyərək icra vərəqəsini icra etməmiş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs məhkəmə iclasında özünü təqsirli bilməsini, yaranmış borcu qəbul etməsini, səmimi izahat verməsini nəzərə alaraq ona cərimə tənbehinin tədbiq edilməsini məqsədə müvafiq hesab edir, həbs tənbehinin tədbiq edilməməsini isə məhkəmə məqsədə müvafiq hesab etmir, həbs tənbehi tədbiq edildiyi təqdirdə o, əlavə məhrumiyyətlərə məruz qalacaq. Şəxs gündəlik əmək fəaliyyəti ilə məşğul olmasını məhkəmə nəzərə alaraq cərimə tənbehinin ödəməyə qadir olduğunu hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Günel Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar