Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(5-141)-81/2026 12.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2, Zərərçəkmiş şəxs Əhmədova (Vəlibəyova) Rena Seymur qızının etibarnamə üzrə nümayəndəsi X7, Qusar rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 iştirakları ilə xx.xx.1961-ci ildə Qusar rayonu, Urva kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, Rusiya Federasiyasının vətəndaşı, evli, işləməyən X6 haqqında Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon məhkəməsinin 2(105)-102/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şirinbala X1 borclu olduğu 8301 (səkkiz min üç yüz bir) manat pul qaytarılmalıdır. X12 həmin borcu tələbkar X9 ödəməmiş, bununla da, o, məhkəmə qərarını icra etməkdən qərəzli yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən X2 barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 özünü təqsirli bilməmiş və izahatında göstərmişdir ki, protokolda göstərilən borcu qəbul etdiyini, lakin həmin borcu ödəməkdən qərəzli olaraq yayınmadığını, məhkəmə tərəfindən cərimə edildikdən sonra 1300 manat civarında ödənişlər etdiyini bildirmişdir. Onun himayəsində olan ailə böyükdür, oğlunun uşağına verməli olduğu alimenti, hazırki iş üzrə zərərçəkmiş şəxsə ödənilməli olan alimenti özü tərəfindən hər ay ödənildiyini bildirmişdir. Cərimə edildikdən sonra zərərçəkmiş şəxsə borclu olduğu məbləğin ödəməsi ilə bağlı məlumat verdiyini, hətta onun kartına ödəniş etdiyini, zərərçəkmiş şəxs isə həmin kartı məhv etdiyini bildirmişdir. Məcburi olaraq zərərçəkmiş şəxsin adına poçt vasitəsi ilə göndərmişdir. Hissə-hissə ödənilməsi ilə bağlı icra məmuruna qabaqcadan məlumat vermiş və icra məmuruda ona hissə-hissə ödənilməsi ilə bağlı razılıq vermişdir. Hazırki iş üzrə protokolda göstərilən məbləğ çoxdur, həmin məbləği birdəfəlik ödəməyə maddi imkanı çatmır, 2-ci qrup əlildir. Zərərçəkmiş şəxs Əhmədova (Vəlibəyova) Rena Seymur qızının etibarnamə üzrə nümayəndəsi X13 protokolda göstərilən məbləği tələb etdiyini bildirmişdir. Şirinbala Velibekov ona müxtəlif vaxtlarda hissə-hissə ödəniş etməyi ilə bağlı məlumatı olmuşdur. Protokolda göstərilən məbləği tam şəkildə birdəfəlik ödənilməsini tələb etmişdir. Ödəmədiyi təqdirdə inzibati həbs edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X14 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, X16 rayon məhkəməsi tərəfindən cərimə edildikdən sonra tələbkara 1300 manat civarında ödənişlər etmiş və tələbkara ödəniş etdiyini təsdiq edən qəbzləri ona təqdim etmişdir. Ödənişlər edilməsi ilə bağlı zərərçəkmiş şəxsə məlumat verdikdə zərərçəkmiş şəxs həmin ödənişləri qəbul etməyəcəyini bildirmişdir. X5 həmin pul borcunun hissə-hissə ödəməyi ilə bağlı onu məlumatlandırmışdır. Şirinbala Velibekovnun pulun yönəldilməsi ilə bağlı adına qeydiyyata alınmış hər hansı əmlakı, yaxud iş yeri müəyyən edilmədiyini bildirmişdir. İş materiallarını nəzərdən keçirib, protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib hesab edirəm ki, Şirinbala Velibekov oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon məhkəməsinin 2(105)-102/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, borclu X4 (Vəlibəyova) Rena Seymur qızına borclu olduğu 8301 (səkkiz min üç yüz bir) manat pul alınaraq tələbkar Əhmədova (Vəlibəyova) Rena Seymur qızına qaytarılmalıdır. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən X12a ünvanlanmış xx.xx.2024-cü il tarixli e257849/2024-50-8 saylı bildirişin və eyni tarixli qərarın surətlərindən görünür ki, Qusar rayon məhkəməsinin 2(105)-102/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan borclu X10 rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatlardan görünür ki, o, maddi imkanı olmadığınına görə borcu ödəyə bilmədiyini, tələbkara borcun hissə-hissə ödəyəcəyini bildirmişdir. İş materiallarında olan X2 barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri, iş yeri və s. barədə məlumatlar yoxdur. İş materiallarında olan Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “evə baxış keçirilməsi haqqında” aktdan görünür ki, həmin tarixdə X2 yaşadığı Qusar rayonu Avaran kəndində yerləşən evə baxış keçirilmiş, lakin orada tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar olunmamışdır. İş materiallarında olan ödəniş qəbzlərinin surətlərindən görünür ki, X5 oğlu tərəfindən Əhmədova (Vəlibəyova) Rena Seymur qızına 1350 manat məbləğində pul göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən Qusar rayon məhkəməsinin 2(105)-102/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə məcburi icra tədbirləri həyata keçirilərkən X12dan müvafiq izahatlar alınmış, həmçinin maddi və əmlak vəziyyəti yoxlanılmışdır. Həmin şəxs öz izahatlarında maddi vəziyyətinə görə borcu ödəyə bilmədiyini göstərmiş, həmçinin araşdırma zamanı onun mülkiyyətində daşınar və daşınmaz əmlakının, iş yerinin olmaması müəyyən edilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, X12 tərəfindən tələbkarın ünvanına bir neçə dəfə pul göndərilmişdir. Həmçinin zərərçəkmiş şəxs həmin pulun ona göndərilməsindən məlumatlı olmuşdur. Məhkəmə hesab edir ki, şəxsin əməli o halda qərəzli və üzrsüz olardı ki, şəxs hər hansı məbləğdə ödənişlər etməsin, həmin pul borcunu ödəməkdən qərəzli olaraq yayınsın, icra məmuruna bu barədə məlumat verməsin. X2 izahatından görünür ki, hissə-hissə ödənişlər etməsi ilə bağlı icra məmuruna məlumat vermiş və icra məmuru da bu barədə ona razılıq vermişdir. Göründüyü kimi X5 protokolda göstərilən məbləği ödəməyə çalışmış, hətta bir qismini ödəmişdir. Nəticədə məhkəmə tərəfindən X2 əməlindən qərəzlilik və üzrsüzlük halları müəyyən edilməmidşir. Bununla da, X10 rayon məhkəməsinin 2(105)-102/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasından qərəzli və üzürsüz olaraq yayınması və ona istinad olunan inzibati xətanı törətməsi məhkəmədə tam olaraq öz təsdiqini tapmamış, əksinə bu barədə əsaslı şübhələr var və həmin şübhələr həmin şəxsin xeyrinə həll olunmalıdır. Odur ki, hazırkı halda Şirinbala Velibekovun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri yoxdur və o, inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikasının İXM-nin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Əməlində inzibati xəta tərkibi olmadığından X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(5-141)-81/2026
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(5-141)-81/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver