Məhkəmə qərarları › İş №3(5-141)-83/2026

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(5-141)-83/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(5-141)-83/2026 16.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Qusar rayonu, Əniq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Qusar rayonu, Əniq kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 10:33-də Azərbaycan Respublikası İXM-nin 342.5, 327.2 və 511.3-cü maddələrində göstərilən inzibati xətalara yol vermişdir. Faktla bağlı Qusar RPŞ-nin DYPB-nin Yol Patrul Xidməti inspektoru, polis sejantı X3 tərəfindən Şəxs barəsində Azərbyacan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə xx.xx.2026-cı il tarixli, İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, protokolda göstərildiyi kimi avtomobilini idarə etmişdir. Belə ki, işdən çıxdıqdan sonra sürətli şəkil öz avtomobilini idarə edərək, bir neçə dəfə manevr qaydalarını pozmuşdur. Avtomobili həmin vəziyyətdə sürməsinə səbəb isə təcili olaraq xəstəxana getməsi olmuşdur. Sonradan polis əməkdaşları onu saxlamış və polis şöbəsinə aparmışlar. Onu saxlayan polis əməkdaşlarını əvvəllər tanımamış və onlarla heç bir düşmənçilik və ədavəti olmamışdır. 12 ildir ki, Qusar rayonunda avtomobil idarə edir. Qayda pozuntusu törətməsə polis əməkdaşları onu saxlamamışlar. Polis əməkdaşlarının onu saxlama səbəbi protokolda göstərilən tarixdə qayda pozuntusu törətməyi ilə əlaqədar olmuşdur. Xəstəxanaya getməsi ilə əlaqədar hər hansı bir sübut təqdim edə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında protokolda göstərilən xüsusatları təsdiq edərək bildirmişdir ki, xidmətdə olan zaman Şəxs avtomobili sürətli şəkildə, manevr qaydalarını kobud şəkildə pozaraq, avtoxuliqanlıq edərək idarə etmişdir. Həmin yolda tez-tez yüksək surət nəticəsində YNH-lər baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında X2 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu izahatdan görünür ki, şəxs protokolda göstərilən əməli törətmiş və öz əməlini etiraf etmişdir. Həmçinin məhkəmə araşdırması zamanı Şəxs dolayıda olsa öz təqsirini etiraf etmişdir. Həmçinin Şəxs törətmiş olduğu əməl məhkəmə iclasında dindirilmiş şahid izahatları ilə sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə –nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şəxs barəsində cərimə tədbiq edilərsə cəmiyyətdə bu növ əməllərin artmasına səbəb olacaq. Bu növ əməllərin artmasının qarşısını almaq məqsədi ilə məhkəmə cərimə tənbehinin tədbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaya görə sürücülük hüququ məhdudlaşdırılmaqla, inzibati həbs tənbehi tədbiq edilməlidir. Məhkəmə Şəxs cərimə növündə inzibati tənbehin tətbiq edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, cərimə inzibati tənbehi tətbiq olunacağı təqdirdə cəmiyyətdə bu qəbildən inzibati xətaların artımı müşahidə oluna bilər. Həmçinin cərimə inzibati tənbehi digər şəxslərin bu kimi inzibati xətaları törətməsində “stimul” rolunu oynaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-ci maddəsi ilə təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 16 fevral 2026-cı il tarixdən saat 16:17-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar