Məhkəmə qərarları › İş №3(5-141)-84/2026

Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(5-141)-84/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(5-141)-84/2026 18.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Səfərli Günel Adil qızı sədrliyi ilə, xx.xx.2002-ci ildə Qusar rayonu, Yuxarı Zeyxur kəndində anadan olmuş, Qusar rayonu Yuxarı Zeyxur kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən X1 Quba RPŞ-nin xx.xx.2026-сı il tarixli, TP ******* saylı qərarından vermiş olduğu şikayət ərizəsini nəzərdən keçirib, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş şikayət ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, X4 xx.xx.2026-cı il tarixdə, saat 16:35-də Quba-Qusar yolunun 1-ci kilometrliyində Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsinin tələblərini pozuduğuna görə barəsində Quba rayonu YPX inspektoru, polis serjantı X2 tərəfindən, Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərar qəbul edilərək 150 manat məbləğində cərimə edilmişdir. X4 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Aşağıda göstərilən əsaslara görə məhkəmə hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər natamam olduğundan həmin sənədlər onu tərtib etmiş olan X3 geri qaytarılmalıdır. Belə ki, məhkəmə işin baxılmağa hazırlanması zamanı müəyyən etmişdir ki, inzibati xəta hadisəsi Quba rayonu ərazisində baş verməsinə baxmayaraq şikayətçi şikayət ərizəsini Quba rayon Məhkəməsinə deyil, Qusar rayon Məhkəməsinə vermişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsinə Qusar rayon Məhkəməsində baxıla bilməsi üçün həmin qərar elektron qərar olmalı idi. Lakin iş materiallarından da görünür ki, həmin qərar elektron deyil və Quba rayon məhkəməsinin yurisdiksiyasına aiddir. Belə olduğu halda məhkəmə hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş olan X3 geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) . 132.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər natamam olduğundan geri qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutaraq: QƏRARAALDİ X1 Quba RPŞ-ninnin xx.xx.2026-сı il tarixli, TP ******* saylı qərarından vermiş olduğu şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş olan X3 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar