Məhkəmə qərarları › İş №3(5-141)-85/2026

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(5-141)-85/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(5-141)-85/2026 05.03.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Səfərli Günel Adil qızının sədrliyi ilə, Hacıbalayev Ayaz İlham oğlunun katibliyi, Hüquqi ünvanı Qusar rayonu, Xürel kəndində qeydiyyatda olan hüquqi şəxs «SƏMA-7” MMC (VÖEN:**********) haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X1 daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqdim edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən “Əmək və Məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi tələb olunmasına baxmayaraq müqavilələrin elektron sənəd formasna keçirilməsi xx.xx.2026-cı il tarixədək təmin edilməmişdir. Həmin faktla bağlı hüquqi şəxs Şəxs MMC barəsində DƏMX-nin X2 baş əmək müfəttişi X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və DƏMX-nin X2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, məhkəmə iclasının Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən nümayəndələrin iştirakı olmadan keçirilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Quba-Xaçmaz Regional regional şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-114078/2025 nömrəli icrası məcburi göstərişdən görünür ki, hüquq şəxs Şəxs MMC-yə DƏMX tərəfindən 10 (on) iş günü müddətində qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsinin təmin edilməsi və bu barədə DƏMX-nin X3nə məlumat verilməsi tələb olunmuşdur. Lakin iş materiallarına həmin icrası məcburi olan göstərişin hüquqi şəxs Şəxs MMC-yə göndərilməsini təsdiq edən hər hansı bir poçt qəbzi, yaxud elektron sistemdən çıxarış əlavə edilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, hazırki iş üzrə hüquqi şəxs Şəxs MMC barəsində DƏMX-nin X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.1-1ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsinə əsasən Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə –vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Maddənin dispozisiyasından da görünür ki, qanunverici əməldə inzibati xəta tərkibinin mövcudluğunu həmin icrası məcburi olan göstərişin icra edilməməsi ilə şərtləndirmişdir. İcrası məcburi göstərişin icra olunması üçün əsas şərtlərdən birincisi həmin göstərişin dövlət orqanı tərəfindən hüquqi şəxsə rəsmi qaydada göndərilməsi, hüquqi şəxs tərəfindən isə həmin göstərişin qəbul edilməsidir. Məhkəmə hazırki iş üzrə hesab edir ki, DƏMX-nin X3 tərəfindən həmin icrası məcburi göstərişin hüquqi şəxsə göndərilməsini təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilmədiyindən hüquqi şəxs Şəxs MMC-nin əməli inzibati xəta sayıla bilməz. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, Şəxs MMC barəsində DƏMX X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC barəsində DƏMX X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə başlanılmış icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar