Məhkəmə qərarları › İş №3(5-141)-95/2026

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(5-141)-95/2026

19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(5-141)-95/2026 19.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon Məhkəməsinin hakimi X10 Əliyev Rahib Malik oğlunun katibliyi ilə xx.xx.1991-ci ildə Qusar rayonu Mucuq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Qusar rayonu Mucuq palasa kəndində yaşayan Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Şəxs Xaçmaz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-379/2020 saylı icra sənədi və həmin icra sənədi üzrə verilmiş həmin məhkəmənin 8(067)546/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı üzrə ödəməli olduğu alimenti ödəməmiş, nəticədə 6800 manat aliment borcu yaranmışdır. Borclu qərəzli olaraq borcu ödəməkdən yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında göstərmişdir ki, o, əvvəllər ödəməli olduğu alimenti ödəmiş, lakin sonradan anası xəstə olduğundan və işləmədiyindən alimenti ödəyə bilməmişdir. Odur ki, nəzərə alınmasını xahiş edir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-379/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X2, 01,07.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 11 dekabr 2019-cu il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 100 manat məbləğində sabit pul şəklində aliment və Zaur Fərzəliyevin 3 yaşına çatanadək 40 manat məbləğində aliment hər ay alınaraq X3ma verilməsi qət edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-379/2020 saylı icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(067)- 546/2025 saylı qərardadının surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Xaçmaz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-379/2020 saylı qətnaməsi əsasında tutulan hər bir uşaq üçün 100 manat müəyyən edilmiş aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.4 misli həddində sabit pul məbləğində alimentin Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2026-cı il tarixli xəbərdarlı məktubunun surətindən görünür ki, onun 6320 manat məbləğində aliment borcunun olduğu bildirilməklə həmin pulun ödənilməsi tələb olunmuş, əks halda onun inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı diqqətinə çatdırılmışdır. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu alimenti ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, borclu ödənilməli olan borcun miqdarından asılı olmayaraq, icrası məcburi olan və Azərbaycan Respublikası adından çıxarılmış məhkəmənin aktına səthi və etinasız yanaşması nəticəsində məhkəmə hakimiyyətini nüfuzdan salmaqla, vətəndaşların məhkəmə sisteminə inamının azalmasına səbəb olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Həmçinin, hesab edirəm ki, Şəxs hal-hazırda icra sənədi üzrə aliment borcunun ödənilməsindən yayındığından barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh-yəni cərimə tətbiq edilərsə həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2026-cı il tarixdən saat 13:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar