Məhkəmə qərarları › İş №3(5-143)-2/2026

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(5-143)-2/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(5-143)-2/2026 19.01.2026 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Zərərçəkmiş şəxs – X6, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi – X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Lerik rayonu, Almu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lerik rayonu, Almu kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik rayonu, Çayrud kənd sakini Şəxs 04 noyabr 2025-ci il tarixdə, saat 11:26-da Azərbaycan Respublikası DİN-nin 102 XZM-nə məlumat verərək, həyat yoldaşı və onun ailəsi tərəfindən öldürülməklə hədələnməsi təcili polisin yaxınlaşmasını istəmişdir. Lerik rayonu, Çayrud kənd sakini X7 05 noyabr 2025-ci il tarixdə, saat 00:31-də Azərbaycan Respublikası DİN-nin 102 XZM-nə məlumat verərək, arvadı Şəxs və onun qeyri-rəsmi münasibətdə olduğu X25 ilə birlikdə evindən ona məxsus 17660 manat pulunu oğurladıqlarını bildirmişdir. Lerik rayonu, Çayrud kənd sakini X7 14 noyabr 2025-ci il tarixdə Lerik RPŞ-nə ərizə ilə müraciət edərək göstərmişdir ki, 01 noyabr 2025-ci il tarixdə arvadı Şəxs övladları X15 və X5 Lerik rayonu Çayrud kəndində yaşadıqları evdə döyərək müxtəlif bədən xəsarəti yetirmiş, sonuncuların qollarını yandırmış, 20 oktyabr 2025-ci il tarixdə isə anası X12 itələyərək yerə yıxmış və nəticədə Mirxanım Məlikova sağ qolundan xəsarət almışdır. Lerik rayonu, Çayrud kənd sakini Şəxs 05 noyabr 2025-ci il tarixdə, saat 17:18-də Azərbaycan Respublikası DİN-nin 102 XZM-nə məlumat verərək, boşanma ərəfəsində olduğu əri tərəfindən övladlarını ona göstərmədiyi üçün özünü öldürmək istədiyini bildirmişdir. Lerik rayonu, Çayrud kənd sakini X7 08 noyabr 2025-ci il tarixdə, saat 17:38-də Azərbaycan Respublikası DİN-nin 102 XZM-nə məlumat verərək, bir ay əvvəl anası Mirxanımın arvadının qeyri-rəsmi münasibətdə olduğu şəxslə birlikdə gördükdə anasını itələyərək yıxması, xəsarət alması, öldürməklə hədələməsini bildirmişdir. Lerik rayonu, Çayrud kənd sakini Şəxs 04 noyabr 2025-ci il tarixdə Lerik RPŞ-yə ərizə ilə müraciət edərək göstərmişdir ki, 03 noyabr 2025-ci il tarixdə qaynı X13 və baldızı X1 rayonu, Çayrud kəndində yaşadıqları evdə üzərinə hücum edərək bədəninin müxtəlif nahiyələrinə zərbə vurmuşlar. Bununla bağlı tədbir görülməsini xahiş etmişdir. Lerik rayonu, Çayrud kənd sakini X7 05 noyabr 2025-ci il tarixdə Lerik RPŞ-yə ərizə ilə müraciət edərək göstərmişdir ki, həmin tarixdə Lerik rayonu, Çayrud kəndində yaşadıqları evdən 17660 manat pulunu və qızıl-zinət əşyalarının oğurlanması barədə Azərbaycan Respublikası DİN-nin 102 XZM-nə məlumat vermişdir. Həmin məlumatı arvadı Şəxs ona xəyanət etdiyi üçün əsəbləşərək vermişdir. Ona məxsus evdən 17660 manat pulu və qızıl-zinət əşyaları oğurlanmamışdır. Bu barədə şikayət və tələbi yoxdur, aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. Lerik rayonu, Çayrud kənd sakini Şəxs 05 noyabr 2025-ci il tarixdə Lerik RPŞ-yə ərizə ilə müraciət edərək göstərmişdir ki, 05 noyabr 2025-ci il tarixdə əri X7 üç azyaşlı övladlarını ona göstərmədiyi üçün əsəbləşərək özünü öldürməklə intihar etməsi barədə Azərbaycan Respublikası DİN-nin 102 XZM-nə məlumat vermişdir. X28 qorxutmaq məqsədi ilə belə bir məlumat vermişdir, intihar etmək fikiri olmadığını bildirmişdir. Üç azyaşlı övladının ona geri qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Müraciətlər əsasında Lerik RPŞ-nin TQ-nin baş təhqiqatçısı, polis mayoru X16 tərəfindən araşdırma aparılmış, toplanmış material üzrə xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Lerik RPŞnin İTB-yə göndərilməsi qərara alınmışdır. Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X3 xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati protokol tərtib edərək baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokol tərtib etmiş Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X3 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, 01 noyabr 2025-ci il tarixdə Şəxs övladları X8 və X9 vuraraq xəsarətlər yetirmişdir. X8 və X6 aldığı xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, deyilənlər yalandır. O, uşaqları üçün nümunəvi ana olmuş, ailəsinə lazımınca qayğı göstərmiş, uşaqlara xəsarət yetirməmiş və uşaqları döyməmişdir. O, 03 noyabr 2025-ci il tarixdə evdən çıxarılmış, həmin tarixdən əvvəl həyat yoldaşı ilə heç bir mübahisələri olmamışdır. 01 noyabr 2025-ci il tarixdə evdə Həsən və Hüseyn adlı iki övladı və özü olmuş, qaynanası və böyük oğlu Əli Bakı şəhərində olmuşdur. O, evdən çıxarıldıqdan sonra ünsiyyətlə bağlı icra şöbəsində uşaqları ilə görüşə gəldiyi zaman kiçik övladı Almaszadə Hüseynin əlində yanıq izləri görmüş, uşağın sağlamlığına görə qorxmuş və şikayət etmişdir. Bu səbəbdən onlarda belə əməllərə əl atmışlar. O, uşaqların atalarının təsiri altında olduğunu, travma aldıqlarını, deyilənlərin isə böhtan olduğunu, uşaqlarını heç zaman döymədiyini bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi (atası) X2 iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs xx.xx.2018-ci il təvəllüdlü X15 izahatında bildirmişdir ki, 01 noyabr 2025-ci il tarixdə o, qardaşı Həsən və nənəsi Çayrud kəndində yerləşən evlərində olmuşlar. Həmin gün məktəbdə olmuş və sonra evə gəlmişdir. Anası çubuqla onu və qardaşı Həsəni döymüş (belinə vurmuş) və bıçaqla əllərini yandırmışdır. Sonra nənəsi gəlmiş və onları evin damına salmışdır. 02 noyabr 2025-ci il tarixdə nənəsi ilə birlikdə Bakı şəhərinə getmişlər, 03 noyabr 2025-ci il tarixdə isə qayıtmışlar. Əvvəllər də dərsi bilmədiklərini görə anası onları döymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 izahatında bildirmişdir ki, o 01 noyabr 2025-ci il tarixdə heyvanları otlaq sahəsinə aparmış və geri qayıtdıqda gəlini Şəxs Əli və Həsən adlı nəvələrini həyətə çıxartdığını, çantalarını isə həyətə atdığını görmüşdür. O, uşaqların çantalarını evə yığmış, uşaqları isə həyətdə dama salmış və qapısını bağlamışdır. Həmin gün evdə gəlini, uşaqlar və özü olmuşdur. O, 02 noyabr 2025-ci il tarixdə Əli adlı nəvəsi ilə Bakı şəhərinə qızı Almasova Fatimənin evinə getmiş və həmin gün orada olmuşdur. Axşam ona zəng gəlmiş və o gecə Lerik rayonuna qayıtmışdır. Qayıtdıqdan sonra evdə gəlinini görməmiş, lakin uşaqları evdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, o Ağdam rayonuna işləyir. Anası 02 noyabr 2025-ci il tarixində Bakı şəhərinə getmişdir. Anasının həmin gün Bakı şəhərinə getməsini onu aparan sürücü də təsdiq edə bilər. 03 noyabr 2025-ci il tarixdə bacısı oğlu ona zəng edərək evdə hadisə baş verdiyini demişdir. O taksi sifariş verərək Ağdam şəhərindən Lerikə yola düşmüş və anası da həmin tarixdə Bakı şəhərindən yola düşmüşdür. Onlar Salyan rayonunda rastlaşmış, bir taksi ilə ordan davam etmişlər və evə çatmışlar, bu zaman həyat yoldaşı evdə olmamışdır. Həmin gündən iki gün sonra uşaqların paltarını dəyişən zaman bədənlərində xəsarətlər aşkar etmiş və bu səbəbdən polisə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 izahatında bildirmişdir ki, o, sərnişin daşıma fəaliyyəti ilə məşğuldur. Təxminən 01 və ya 02 noyabr 2025-ci il tarixlərdə (dəqiq tarixi xatırlamır) bir qadın və uşağı Lerik rayonundan Bakı şəhərinə aparmışdır. Məhkəmə, proses iştirakçılarını və şahidləri dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə olunmuş Lerik RPŞ-nin TQ-nin baş təhqiqatçısı, polis mayoru X16 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, materiala əlavə edilmiş Lənkəran rayonlarası MTE və PA şöbəsinin xx.xx.2025-ci il tarixli, 108 saylı ekspert rəyində göstərilmişdir ki, X10 bədəni üzərində xx.xx.20205-xx.xx.2025-ci il tarixlərə uyğun gələn hər-hansı bir xəsarət aşkar edilməmişdir. Materiala əlavə edilmiş Lənkəran rayonlarası MTE və PA şöbəsinin xx.xx.2025-ci il tarixli, 109 saylı ekspert rəyində göstərilmişdir ki, X6 bədəni üzərində - sağ bazu nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 13-14 gün əvvələ uyğun gəlir və sağlamlığa zərərə vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Materiala əlavə edilmiş Lənkəran rayonlarası MTE və PA şöbəsinin xx.xx.2025-ci il tarixli, 107 saylı ekspert rəyində göstərilmişdir ki, X4 bədəni üzərində - sol said nahiyəsində siyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 13-14 gün əvvələ uyğun gəlir və sağlamlığa zərərə vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə inzibati xətaya dair materialı, proses iştirakçılarının və şahidlərin izahatları ilə birlikdə araşdıraraq, işin hallarını, xəsarətin xarakterini, nəzərə alaraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməmişdir. Belə ki, zərərçəkmiş şəxslərə məhz Şəxs tərəfindən xəsarət yetirilməsi məhkəmə iclasında sübut olunmadı. Təqdim edilmiş materiallardan birmənalı olaraq hadisənin zərərçəkmiş şəxslərin göstərdiyi kimi və ya Şəxs göstərdiyi qaydada cərəyan etməsi barədə qənaətə gəlmək mümkün deyildir. Ekspert rəyi ayrılıqda protokolda göstərilənlərin təsdiq edilməsi üçün kifayət etmir. İşdəki sübutlarla birmənalı olaraq zərərçəkmiş şəxslərə xəsarətlərin Şəxs tərəfindən və qəsdən törədilməsi təsdiq edilmir və işdə olan şübhələr də Şəxs xeyrinə həll olunmalıdır. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törədilməsinə aidiyyəti olmadığına və ya təqsirliliyi sübuta yetirilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 53.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliliyi sübuta yetmədiyinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar