Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(5-143)-27/2026 23.02.2026 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi, Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru – X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Lerik rayonu, Mastail kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Lerik rayonu, Mastail kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 23 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 izahatında bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4709/2025 saylı, xx.xx.2025-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh Şəxs arasında Lerik Rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2006-ci il tarixdə 145 saylı akt qeydi ilə bağlanılmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 iddiaçı Zərərçəkmiş şəxs himayəsində və yanında saxlanılması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Şəxs hazırki qətnamənin qəbul edildiyi 04 avqust 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,61 misli miqdarında sabit pul məbləğində alimentin iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Lerik rayon İcra və Probasiya şöbəsinin icraatına qəbul edilmiş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Daha sonra boclu şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Suptropik Sovxozu, fərdi yaşayış evində yaşaması ilə bağlı icra sənədi ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-6501/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Lakin sonradan borclu şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Suptropik Sovxozu, fərdi yaşayış evində yaşamadığından icra sənədi borclunun qeydiyyatda olduğu yer üzrə yenidən Lerik rayon İcra və Probasiya şöbəsinin icraatına qaytarılmış və bu səbəbdən icra sənədi üzrə icra tədbirləri başlanılmışdır. İcra şöbəsi tərəfindən aparılmış icra tədbirləri nəticəsində borcu şəxsin yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində xx.xx.2026-cı il tarixdə axtarış elan edilmişdir. Borclu şəxs icra şöbəsinə gətirilmiş, izahatı alınmış, izahatında işsiz olduğuna və maddi imkanı olmadığına görə aliment borcunu ödəyə bilmədiyini bildirmişdir. Hazırda borclu şəxs icra əsəndi üzrə müəyyən ödənişlər etsə də, ödənilməyən 2228 manat aliment borcu vardır. Göstərilənlərə əsasən protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Bakı şəhərində günəmuzd fəhlə işlədiyini, iş olan kimi qazandığı pulu aliment borcuna ödədiyini, 2025-ci ilin oktyabr ayında aliment borcundan 200 manat, dekabr ayında işi olduğu üçün aliment borcundan 500 manat ödənişlər etdiyini, yanvar ayında isə iş olmadığı üçün ödənişlər edə bilmədiyini, fevral ayında iş olduğu üçün 300 manat ödəniş etdiyini, mart ayının 10-a kimi də 300 manat ödəniş edəcəyini bildirərək məhkəmədən ona möhlət verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4709/2025 saylı, xx.xx.2025-ci il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh Şəxs arasında Lerik Rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2006-ci il tarixdə 145 saylı akt qeydi ilə bağlanılmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 iddiaçı Zərərçəkmiş şəxs himayəsində və yanında saxlanılması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Şəxs hazırki qətnamənin qəbul edildiyi 04 avqust 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,61 misli miqdarında sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Lerik rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4709/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4709/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi icra olunması üçün Lerik rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-6501/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinin xx.xx.2026-cı il tarixli qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4709/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi icra olunması üçün Lerik rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lerik rayon İcra və Probasiya şöbəsinin xx.xx.2026-cı il tarixli qərarından görünür ki, icra tədbirləri nəticəsində borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. Ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs məxsus kart hesabına xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 100 manat və xx.xx.2026-cı il tarixdə 300 manat ödənişlər edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materiallarında olan sənədləri nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsidir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər inzibati məsuliyyətə cəlb edilə bilər. Bu normanın tətbiqi üçün əsas şərt – məcburi icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən və ya qərəzli şəkildə icra olunmamasıdır. Burada “üzrsüz səbəb” anlayışı icra sənədinin yerinə yetirilməməsinin obyektiv əsaslara söykənmədiyini, borclunun icra öhdəliyini bilərəkdən, mümkün olduğu halda yerinə yetirmədiyini nəzərdə tutur. Hazırkı iş üzrə qeyd edilməlidir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4709/2025 saylı, xx.xx.2025-ci il tarixdə verilmiş icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 iddiaçı Zərərçəkmiş şəxs himayəsində və yanında saxlanılması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Şəxs hazırki qətnamənin qəbul edildiyi 04 avqust 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,61 misli miqdarında sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Lerik rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədi icra şöbəsinin icraatına daxil olduqdan sonra Zərərçəkmiş şəxs məxsus kart hesabına xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 100 manat və xx.xx.2026-cı il tarixdə 300 manat ödənişlər edilmişdir. Məhkəmə iclasında Şəxs izahatında da Bakı şəhərində günəmuzd fəhlə işlədiyini, iş olan kimi qazandığı pulu aliment borcuna ödədiyini, 2025-ci ilin oktyabr ayında aliment borcundan 200 manat, dekabr ayında işi olduğu üçün aliment borcundan 500 manat ödənişlər etdiyini, yanvar ayında isə iş olmadığı üçün ödənişlər edə bilmədiyini, fevral ayında iş olduğu üçün 300 manat ödəniş etdiyini, mart ayının 10-a kimi də 300 manat ödəniş edəcəyini bildirmişdir. Məhkəmə Şəxs icra sənədinin icraya yönəldikdən sonra xx.xx.2025ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə inzibati tənbeh tədbiri tətbiq edildikdən sonra xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 100 manat və xx.xx.2026-cı il tarixdə 300 manat ödənişlər etməsini, yerdə qalan aliment borcundan ödənişlər edəcəyini öhdəsinə götürməsini nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədini qərəzli olaraq icra etməməsinin istisna edildiyi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə əsaslarından biri olan inzibati xətanın sübuta yetirilməsi yükü inzibati icraat orqanının üzərinə düşür və şəxsin təqsiri şübhə doğurmadan müəyyən edilməlidir. İnzibati məsuliyyətə cəlb edilmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Mövcud iş üzrə isə, inzibati xəta tərkibinin mövcudluğu barəsində əsaslı və şübhəsiz sübutlar təqdim edilmədiyindən, yaranmış hüquqi və faktiki qeyri-müəyyənliklər barəsində icraat aparılan şəxsin xeyrinə qiymətləndirilməlidir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs icra sənədindəki tələbin məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Beləliklə, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna edildiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Lerik rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş 23 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(5-143)-27/2026
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(5-143)-27/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver