Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(5-143)-44/2026 05.03.2026 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lerik Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1969-cu ildə Lerik rayonu, Brkandul kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Lerik rayonu Brkandul kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Lerik rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri X1 26 iyul 2023-cü il tarixli MN № ******* saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-in 247.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində qəbul edilmiş 500 manat inzibati cərimə növündə qərarı qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclası zamanı Lerik Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında göstərdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri X1 26 iyul 2023-cü il tarixli MN № ******* saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 247.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qərar icra olunması üçün xx.xx.2023-cü il tarixdə Lerik Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə məhkəməyə və tələbkara göndərilmişdir. Bundan başqa borclu barədə müvafiq sorğular edilmiş və borclunun adında hər hansısa bir daşınmaz və ya daşınar əmlakın olmamması, həmçinin əmək haqqı və ya pensiya alması müəyyən edilməmişdir. İcra sənədi üzrə borclu Şəxs üzərində olan borc məbləğini tələbkarın xeyrinə ödəməsi barədə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, barəsində olan icra sənədinin icrası üzrə borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə əməl etməyərək icra sənədinin icrasından yayınmışdır. Hazırda Şəxs üzərində ödənilməmiş 500 manat inzibati cərimə vardır. Göründüyü kimi borclu icra vərəqəsinin icrasını təmin etməyərək icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, həqiqətən də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri X1 26 iyul 2023-cü il tarixli MN № ******* saylı qərarına əsasən o, Azərbaycan Respublikası İXMin 247.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Maddi imkanı olmadığından və heç bir yerdə işləmədiyindən cərimə borcunu ödəyə bilmir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. İş materiallarında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri X3 tərəfindən qəbul edilmiş 26 iyul 2023-cü il tarixli MN № ******* saylı qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 247.2-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri X1 26 iyul 2023cü il tarixli MN № ******* saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 247.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində qəbul edilmiş 500 manat inzibati cərimə növündə qərarı qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İcraata başlamaq haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 26 iyul 2023-cü il tarixli MN № ******* qərarı üzrə Lerik Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru H.Zeynalov tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlanılmışdır. Azərbaycan Respublikası İXM–in 529.1-ci yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə də təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törətmiş Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yüz altmış saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində yüz altmış saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lerik rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(5-143)-44/2026
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(5-143)-44/2026
05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver