Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-114/2026 11.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Lüvəsər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərtib etdiyi 11 fevral 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-244/2025 saylı, 28 yanvar 2025-cı il tarixli icra sənədinə əsasən, 29 noyabr 2024-cü il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü və xx.xx.2022-ci il təvəllüdlü 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Şəxs hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmağla, ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində aliment alınaraq anası Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu Şəxs həmin icra sənədinin icrasından yayınmaqla 5600 manat pulu ödəməməmişdir. Eyni zamanda borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq tələbi icra etməmişdir. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında iştirak edərək, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, icra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Borclu indiyə kimi heç bir ödəniş etməmişdir. Halhazırda borclunun 5600 manat aliment borcu yaranmışdır. Onun haqqında protokol tətbiq olunmuşdur. Borclu şöbəyə dəvət edilərək, onun izahatı alınmışdır və o, 19 yanvar 2026-cı il tarixli izahatında bildirmişdir ki, tələbkara olan borcundan xəbərdardır. Tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, borclu tərəfindən aliment ödənişi icra edilməmişdir, aliment borcunu borcludan tam olaraq tələb edir və onun cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, xaricdə olduğu üçün alimentdən xəbəri olmamışdır. Hava limanında olduğu zaman xəbəri olub. Lakin iş yeri olmadığından və maddi cəhətdən çətinlik çəkdiyindən hazıradək həmin icra sənədlərinə əsasən tələbkara borcunu ödəyə bilməmişdir. Bakıya taksi fəaliyyəti ilə məşğul olmaq üçün sənəd almağa gedecək. Sənədi aldıqdan sonra taksi fəaliyəti ilə məşğul olacaq. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd edilmiş icra sənədi ilə əlaqadar 19 yanvar 2026-cı ildə icra məmuru tərəfindən o, məlumatlandırılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-244/2025 saylı, 28 yanvar 2025-cı il tarixli icra sənədinə əsasən, 29 noyabr 2024-cü il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü və xx.xx.2022-ci il təvəllüdlü 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Şəxs hər ay hər uşağa görə görə sonrakı artımlar nəzərə alınmağla, ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində aliment alınaraq anası Zərərçəkmiş şəxs ödənilməlidir Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qeyd edilən icra sənədinin icrası ilə əlaqadar xx.xx.2025-ci il tarixdə “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Qeyd edilən icra sənədinin icrası ilə əlaqadar icra məmuru tərəfindən borclunun 19 yanvar 2026-cı il tarixdə izahatı alınmışdır və borclu izahatlarında icra sənədləri ilə əlaqadar məlumatlı olduğunu bildirərək, tələbkara olan borcundan xəbərdardır və xaricdə olduğu, işləmədiyi, imkanı olmadığı üçün heç bir ödəniş etməmişdir. Ayda 100 manat ödəyə bilir. 11 fevral 2026-cı il tarixdə borcludan yenidən izahat alınmış, o bildirmişdir ki, imkanı olmadığı üçün ödəyə bilmir. İşlədiyi vaxt alimenti ödəyəcəkdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlinir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədləri barədə məlumatlı olduğu, icra sənədlərinin icrası ilə əlaqadar ona tələbin könüllü haqqında bildiriş təqdim edilməsinə, dəfələrlə icra şöbəsinə çağırılaraq izahatı alınıb icra sənədini icra etməsi barədə ona xəbərdar edilməsinə baxmayaraq icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin icra məmurunun çağırışlarından boyun qaçırmışdır. Hazırki iş üzrə inzibati xəta haqında protokol tərtib edilərkən borclunun icra sənədlərinə dair tələbkara 5600 manat borcu qalmışdır. Tələbkar həmin məbləğin ödənilməsini borcludan tələb edir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 11 fevral 2026-cı il saat 12:10-dan hesablansın. İnzibati həbs müddətində Şəxs saxlanma yeri Lənkəran Şəhər Rayon X3 Saxlama Yeri müəyyən edilsin. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(5-144)-114/2026
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-114/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver