Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-115/2026 27.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin(bundan sonra İXM-nin) 338.7-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İnzibti xəta hqqında protokola əsasən xx.xx.2026-cı il tarixdə saat 18:44 radələrində köhnə Ələt-Astara yolunun Lənkəran rayonu ərazisindən 191-ci km-də, Ürgə kənd ərazisində Şəxs təsərrüfatına məxsus 2 baş iri buynuzlu heyvanları yolda nəzarətsiz qoymuş və nəticədə işıqlandırma olmayan ərazidə həmin heyvanlar yolun sağ kənarından Zərərçəkmiş şəxs Diavər oğlunun idarə etdiyi Vaz 21074 markalı, ** BD *** nömrə nişanlı avtomobilin önünə çıxarkən həmin avtomobil tərəfindən vurulmuşdur. Məhkəmə baxışının vaxtı və yeri barədə protokol tərtib etmiş orqana, barəsində protokol tərtib edilmiş şəxsə və zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında vəsatət verməmişlər. Buna görə də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materialların araşdırıb tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri, tərtib edilmiş inzibati xəta haqqında protokol, izahatlar və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan Yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə yeri köhnə Ələt-Astara yolunun 191-ci km-dir. Hadisənin baş verdiyi yol iki tərəfli olmaqla bir-birindən arakəsmə ilə ayrılmışdır. Hadisə baş vermiş yol asfalt örtüklü olmaqla eni 7.2 metr, yolun ehtiyyat hissəsi 2 metr təşkil edir. Hadisə yolun əsas hissəsində baş vermiş, hadisədən sonra iri buynuzlu heyvanlar avtomobil vurması nəticəsində yolun ehtiyat hissəsinə düşmüşdür. Avtomobil hadisədən sonra yolun ehtiyat hissəsində saxlanılmışdır. İş materiallarına əlavə edilmiş izahatdan görünür ki, Şəxs hadisə zamanı tələf olmuş iri buynuzlu inəklərin ona məxsus olduğunu və hadisənin köhnə Ələt-Astara magistral yolunda baş verdiyini, həmin zaman inəyin onun nəzarətində olmadığını bildirmişdir. iş materialda olan "xxxx" MMC emalatxanasından verilmiş xx.xx.2026-cı il tarixli rəydən görünür ki, inzibati hadisə nəticəsində Vaz 21074 markalı, ** BD *** nömrə nişanlı avtomobillə ümumilikdə 615 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası İXM-in 338.5.1-ci maddəsinə əsasən mal-qaranın yolda nəzarətsiz qoyulması inzibati xəta tərkibi yaradır. Qeyd edilən məcəllənin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2 və 33.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Məhkəmə hesab edir ki, zərəçəkmiş şəxsə ona vurulmuş maddi ziyanla bağlı Şəxs qarşı məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128 və 130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərəçəkmiş şəxsə ona vurulmuş maddi ziyanla bağlı mülki qaydada Şəxs qarşı məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №3(5-144)-115/2026
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-115/2026
27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver