Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-117/2026 13.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq və İXM-nin 40, 43, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə, saat 17:30 radələrində Lənkəran şəhəri, Səttərxan küçəsində olarkən nalayiq ifadələr işlədərək inzibati qaydanı kobud şəkildə pozmuş və polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmadığına görə sonuncu barəsində Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 13 fevral 2026-cı il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 protokola uyğun çıxış edərək Lənkəran rayonu ərazisində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Şəxs şübhələnildiyindən polis mayoru Kərimov Nəvai ilə onu Lənkəran şəhəri, Səttərxan küçəsində polis şöbəsinə dəvət etmişlər. Həmin zaman Şəxs polisin qanuni tələblərini yerinə yetirməyib orada ünvansız nalayiq söyüşlər söymüş, onun barəsində şikayət etmiş şəxsin kim olması barədə qanunsuz tələblər irəli sürmüş, polis əməkdaşları onu şöbəyə dəvət edib məsələni orada aydınlaşdırmağı bildirsə də o, yenə söyüşlər söyüb tabesizlik göstərmişdir. Bununla da insaların sıx hərəkətdə olduğu ərazidə səs-küy salmaqla, söyüşlər söyməklə vətəndaşların rahatlığını pozub ətrafdan keçən inanları özünə cəlb etmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, etdiyi əməldə peşmandır. Özünü təqsirli bilir. Etdiyi əməllərə görə polis əməkdaşlarından üzr istəyir. Polis əməkdaşlarını söyməmiş, söyüşləri ünvansız olmuşdur. Şöbəyə dəvət edilməsinə görə əsəbi olmuşdur. Əlilliyi yoxdur. Barəsində yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında şahid X4 bildirmişdir ki, Lənkəran rayonu ərazisində oğurluq hadisəsinin törədilməsi ilə bağlı Şəxs şübhəli olmuş, bu səbəbdən də o, Lənkəran şəhəri, Səttarxan küçəsində aşkar edilərək şöbəyə dəvət edilmişdir. Bu zaman Şəxs onun adını verən şikayət edən şəxsin kim olması ilə bağlı əsassız suallar verib ünvansız şəkildə uca səslə söyüşlər söymüşdür. Ona dəfələrlə sakit olması, şöbədə bu məsələnin aydınlaşdırılacağı bildirilsə də buna məhəl qoymamış, qanuni tələbləri yerinə yetirməmi, ətrafda olan insanların diqqətini özünə cəlb etmiş, aqressiv davranışlar göstərmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X3 da Ramin Babazadənin izahatı ilə oxşar məzmunlu izahat vermişdir. Lənkəran ŞRPŞ-nın xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, Lənkəran şəhəri H.Aslanov xiyabanı ev 4-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Lənkəran şəhər rayon polis şöbəsinin Növbətçi Hissəsim yığılan inzibati kartotektasında son bir il ərzində heç bir məlumat qeydiyyata alınmamışdır. Lənkəran ŞRPŞ-nın xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, xx.xx.1984-cü ildə Lənkəran şəhərində anadan olmuş Şəxs barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddəsi ilə aparılan inzibati icraatla əlaqədar Daxili İşlər Nazirliyinin X1 hazırkı günə kimi hər hansı bir əlilliyinin olub-olmaması barədə elektron sorğu aparılmış və alınmış cavabda xx.xx.2026-cı il tarixədək Şəxs heç bir əlillik statusu olmadığı müəyyən edilmişdir. Lənkəran ŞRPŞ-nın CAB-nin ə/m, polis leytenantı Ramin Babazadə tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə, 17:30 radələrində Lənkəran rayonu, Digah kənd ərazisində baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisədə şübhəli olan Lənkəran şəhər sakini Şəxs dindirilməsi üçün polis mayoru Kərimov Nəvai ilə birllikdə Lənkəran şəhəri, Səttərxan küçəsində olarkən onu gördülər və ona yaxınlaşıb özülərini ona təqdim etdikdən sonra, onu ŞRPŞ-nə dəvət etdilər. Bu zaman o onların qanuni tələblərinə məhəl qoymayaraq, ictimai asayişi pozaraq onun adını verən şəxsin ünvanına nalayiq söyüşlər söymüş, onlar onu nizam-intizama dəvət etsələrdə, o ucadan qışqırmağa və əl-qol atmağa davam edərək şöbəyə gəlməkdən imtian etmişdir. Bu hal bir neçə dəqiqə davam etdikdən sonra onun iradəsinə zidd olaraq Lənkəran ŞRPŞ-nə gətirilib. xx.xx.2026-cı il tarixli tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə 22:00-da tutulmuşdur. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün, bunu tamamlayan şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsi və əməlindən səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən haldır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2026-cı il tarixdən saat 22:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə yaxud bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(5-144)-117/2026
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-117/2026
13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver