Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(5-144)-121/2026 16.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclas katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər Rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X4 və X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə saat 04:30 radələrində Lənkəran rayonunun Şilavar kəndində Sevər Musayeva və İmran Zəbiyevi nalayiq küçə söyüşləri ilə ictimai məkanda təhqir etməsinə, yəni İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində Lənkəran ŞRPŞ-in səlahiyyətli şəxsi tərəfindən xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və Lənkəran rayonun Velədi kəndi ərazisində polis əməkdaşları tərəfindən şikayət əsasında ora yaxınlaşan zaman Şəxs şübhəli vəziyyətdə uca səslə nalayiq söyüşlər söymüş, polis əməkdaşları ona irad bildirən zaman öz hərəkətlərinə məhəl qoymadan davam etmiş və bununla da İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində Lənkəran ŞRPŞ-in səlahiyyətli şəxsi tərəfindən xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 3(5-144)-122/2026 saylı qərardadı ilə xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 3(5-144)-122/2026 saylı inzibati xəta haqqında iş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 3(5-144)-121/2026 saylı inzibati xəta haqqında işə birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən: inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər Rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1 izahatında protokola uyğun çıxış edərək, əlavə olaraq göstərmişdir ki, Şəxs hadisəni törətdiyi zaman psixatrop maddənin təsiri altında sərxoş vəziyyətdə olmuş, o sərxoşluqdan ayıldıqdan sonra xx.xx.2026-cı il tarixdə saat 11:30-da barəsində inzibati tutma tətbiq edilmişdir. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, həqiqətən də psixatrop maddə qəbul edir. Bunu müalicəsi üçün edir. Hadisə baş veriyi zaman da o psxatrop maddə qəbul etmişdir. Zərərçəkmiş şəxs qismində cəlb edilmiş X4 izahatında göstərmişdir ki, Şəxs hadisə törətdiyi zaman sərxoş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs qismində cəlb edilmiş X6 izahatında göstərmişdir ki, Şəxs hadisə törətdiyi zaman sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, hesab edir ki, inzibati xəta haqqında materiallar inzibati orqana geri qaytarılmalıdır. İş materiallarına əlavə olunmuş: İnzibati xəta haqqında protokola əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəylə bağlı 000473 nömrəli, xx.xx.2026-cı il tarixli protokolundan görünür ki, Lənkəran ŞRPŞ-nin məsul növbətçisi polis leytenantı Qüdrət Cavadzadə tərəfindən müayinəyə göndərilmiş xx.xx.1982-ci il təvəllüdlü, müayinə olan şəxs İbadoğlu (İbadov) Cavid Məmməd oğlunun - davranışı ləng, şüuru vəziyyyəti səmtləşmiş, nitq qabiliyyəti ifadəlidir, gözün selikli qişası hiperemiyalaşmış, göz bəbəkləri genəlmiş, psixatrop maddə qəbul etdiyini etiraf etmiş, alkoqol sərxoşluğu müəyyən edilməmiş, sidikdə psixatrop maddə PGB aşkarlanmışdır. Məhkəməyə qeyd edir ki, hazırda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxılmaqdadır. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilən maddələrinin dispoziyalarından göründüyü kimi, 510-cu maddə ilə on beş günədək, 535.1-ci maddə ilə bir ayadək, 206-cı maddə ilə iki ayadək müddətə inzibati həbs tətbiq oluna bilər. İXM-in 106.0.3 - 106.0.5-ci maddələrinə əsasən Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib olunub-olmadığını; işin icraatını rədd edən hallar mövcud olub-olmamasını; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Qeyd edilən hallar isə işə mahiyyəti üzrə baxılan zaman məhkəmə iclasında müəyyən edilmiş, Şəxs da psixatrop maddə qəbul etməsini aydın şəkildə bildirmişdir. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə qeyd edilən prinsipi əsas tutaraq qeyd edir ki, Şəxs eyni zamanda bir neçə inzibati xəta törətməsi halı sənədlər və izahatlarda əks olunmuşdur. Belə olduğu halda İXM-in 34.3-cü maddəsinə əsasən təqsirli bilinəcəyi təqdirdə daha ağır inzibati xəta ilə məsuliyyətə cəlb edilə bilərdi. Şəxsin hazırda yalnız İXM-in 510 və 535.1-ci maddə ilə məsuliyyətə cəlb edilməsi sonradan isə əlavə olaraq 206-cı maddəsi ilə əlavə olaraq məsuliyyətə cəlb edilməsinə və bununla da onun hüquqularının pozulmasına səbəb ola bilər. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, protokol və digər sənədlər düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(5-144)-121/2026
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(5-144)-121/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver