Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-125/2026 02.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsindən daxil olmuş 11 fevral 2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC-nin ünvanına Rusiya Federasiyası Volqoqrad şəhərində fəaliyyət göstərən “OP-UK Osnova-Eksport Volqoqrad” şirkəti tərəfindən 01/25-113/02 nömrəli, xx.xx.2026-cı il tarixli invoysla “77ED970/99ZJ970” nömrəli nəqliyyat vasitəsilə daxil olmuş və **********1278 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş “poladdan məftillər” yükünə dair Azərbaycan Respublikasınnı gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinə məlumat verilsə də, nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və y`eri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026cı il tarixli, 01/25-113-02 nömrəli invoysla Şəxs MMC-nin ünvanına gələn “77ED970/99ZJ970” nömrəli nəqliyyat vasitəsilə daxil olmuş və **********1278 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş mallara dair Azərbaycan Respublikasınnı gömrük ərazisinə gətirməzdən əvvəl qısa idxal bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli “X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 30 yanvar 2026-cı il tarixdə, saat 01:31 dəqiqədə Şəxs MMC-nin ünvanına “77ED970/99ZJ970” nömrəli nəqliyyat vasitəsilə ilə gətirilən “poladdan məftillər” yükünə dair qısa idxal bəyannaməsi təqdim olunmamışdır. Araşdırma zamanı müəssisənin səlahiyyətli nümayəndəsi (direktoru) X2 izahat verməsi üçün Astara Gömrük İdarəsinə dəvət edilmiş və iş materialları ilə tanış edilmişdir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına Rusiya Federasiyası Volqoqrad şəhərindən idxal edilmiş malların daşındığı “77ED970/99ZJ970” nömrəli nəqliyyat vasitəsi ilə 30 yanvar 2026-cı il tarixdə ölkə ərazisinə daxil olmuş yüklər üçün qısa idxal bəyannaməsi tərtib olunmamışdır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində İXM-in 485.2-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(5-144)-125/2026
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-125/2026
02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver