Azərbaycan Respublikası adından Qərar Lənkəran şəhəri İş № 3(5-144)-129/2026 02.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSI Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi və şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis Rı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş EQ ******** saylı, ##.##.2026-cı il tarixli inzibati tənbehvermə haqqında elektron qərardan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi,mpolis Rı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş EQ ******** saylı, ##.##.2026-cı il tarixli inzibati tənbehvermə haqqında elektron qərarla Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmiş və ona törətdiyi xətaya müvafiq 3 bal təyin edilmişdir. Bununla da İXM-nin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə, onun tərəfindən bir il ərzində 20 bal topladığından həmin Məcəllənin 27.4-cü maddəsinin tələbinə əasasən onun barəsində inzibati cərimə tətbiq edilmədən nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay məhdudlaşdırılmışdır. Qərarda Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixində saat 11:21-də idarə etdiyi “CHANGAN QİYUAN A05 PLUG-İN HİBRİD MİNİK” markalı “**-DQ-***” nömrə nişanlı abtomobillə Lənkəran şəhər H.Aslanov xiyabanında inzibati xəta törətdiyi qeyd edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan məhkəməyə şikayət vemişdir. Ərizəçi şikayətdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində qəbul edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib edilmiş protokol əsasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə EQ ******** saylı elektron qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, “Changan Qiyuan A05 Plug-İn Hibrid” markalı, ** DQ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsusdur. BD****** nömrəli qeydiyyat şəhadətnaməsi atası X1 adınadır. Həmin nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etmişdir. AE ****** nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi var. ## ###### 2026-cı il tarixdə Lənkəran şəhəri H.Aslanov xiyabanı küçəsi ilə üzü Lənkəran şəhəri İsgəndər Səmədzadə küçəsi istiqamətində (böyük bazar ərazisi) hərəkətdə idi. H.Aslanov xiyabanı və İsgəndər Səmədzadə küçələrinin kəsişməsində olan yolayrıcı dörd istiqamətlidir. Həmin yolayırıcında sağa və sola - yəni İsgəndər Səmədzadə küçəsinə getmək, geriyə - yəni H.Aslanov küçəsinə getmək, həmçinin irəliyə, yəni Lənkəran şəhəri Böyük Bazar adlanan ərazinin arxa hissəsinə getmək olar. Həmin yolayırıcında, yəni H.Aslanov Xiyabanı küçəsindən İsgəndər Səmədzadə küçəsi istiqamətində hərəkətdə olan zaman yolayrıcında məcburi sola, yaxud məcburi düzünə və sola yol nişanı (4.1.1, 4.1.* nömrəli nişanlar) yoxdur, yəni Lənkəran şəhəri H.Aslanov Xiyabanı küçəsindən gəlib sola-İsgəndər Səmədzadə küçəsinə dönüb Lənkəran şəhəri mərkəzi bazarı istiqamətində hərəkət etməyi qadağan edilməsi ilə bağlı yol nişanı yoxdur. O da sol istiqamətdə dönüb hərəkətini davam etmişdir. Hərəkətdə olduğu istiqamətdə olan küçəyə girişin qadağan edilməsi ilə bağlı hər hansı bir yol nişanı da görməmişdir (3.1 və 3.* nömrəli nişanlar).Həmin gün telefonunda olan “SMS Radar” adlı mobil tətbiqdən ona bildiriş gəlmiş və bildirişə baxan zaman qeyd olunan yolayırıcında quraşdırılmış “təhlükəsiz şəhər” kamerası vasitəsilə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.2- ci maddəsi ilə (3.1 “Giriş qadağandır” yol nişanının tələbinin pozulması ilə) barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini və inzibati qərar qəbul edildiyini görmüşdür. Həmin qərara əsasən o 100 (yüz) manat məbləğində inzibati cərimə edilmiş və sürücülük vəsiqəsinə 3 (üç) bal cərimə yazılmışdır. Həmin 3 balla birlikdə ümumi balı 20-yə qalxdığından nəqliyyat vasitəsini idarə etmək hüququndan altı ay müddətində məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Lakin həmin qərarla razı deyil və əsassız olduğunu düşünür. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin VIII bəndinə əsasən yol nişanlarının qavranması üçün münasib şəraitin yaradılmasının təmin olunması məqsədilə, onlar dəqiq müəyyənləşdirilmiş yerdə yolun hərəkət hissəsinə nisbətən yerləşdirilirlər. Yol nişanlarının qurulmasından asılı olaraq, onun alt hissəsindən örtüyə qədər olan məsafə:1) yaşayış məntəqələrindən kənar olan yolların qırağında — 1.5—2.2 metr: 2) eyni ilə yaşayış məntəqələrində — 2—4 metr; 3) təhlükəsizlik adacıqlarında və yolun hərəkət hissəsində— 0,6 metrdən az olmadan; 4) yolun hərəkət hissəsinin üstündə — 5—6 metr təşkil etməlidir. Həmin Qanunun 64-cü maddəsinin III bəndinə əsasən qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. O, elektron qərara baxdığı zaman görmüşdür ki, qeyd olunan yolayırıcında sağa dönən zamandan sonra, yolayırıcından, təxminən 10 metr uzaqda, yolun sağ tərəfində olan işıq dirəyinin üzərində 3.1 “Giriş qadağandır” nişanı quraşdırılmışdır. Lakin fotoşəkildən də görünür ki, həmin yol nişanı nəqliyyat vasitələrinin sıx dayandığı, insanların sıx toplaşdığı yerdə işıq dirəyinin üzərində quraşdırılıb və həmin yol nişanını hərəkətdə olan zaman görmək mümkün deyildir. Əgər o həmin yol nişanını görsə, heç bir vaxt həmin yolda hərəkətini davam etdirməzdi. Çünki sürücülük vəsiqəsi balı çox olduğundan qayda pozuntusu etməməyə səy göstərmişdir. Amma həmin yolda olan yol nişanının dediyi qaydada quraşdırılması qanunamuvafiq deyil. Bundan başqa, həmin yolda 3.1 “Giriş qadağandır” yol nişanı quraşdırılırsa, o zaman yolayırıcında 4.1.5 “Məcburi sola” yol nişanı quraşdırılmalıdır. Bu da yol nişanlarının quraşdırılması üzrə səlahiyyətli orqanın düzgün fəaliyyət göstərməməsinin nəticəsidir. Çünki yolayrıcında 4.1.5 nişanı qoyulmalı idi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq inzibati xəta haqqında icraat aparan orqan Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə sorğusuna baxmayaraq inzibati orqan inzibati xəta haqqında protokolun və qərarın tərtib edilməsinə əsas olmuş sübutları məhkəməyə təqdim etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında iştirak edən şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) ərizəsini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ona ## ###### 2026-cı il tarixində 100 manat məbləğində cərimə və 3 cərimə balı təyin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi-nin 327-ci maddəsinin tələblərinə əsasən, “Sağa və ya sola dönmək olar” və ya “Giriş qadağandır” yol nişanı yolun sağ tərəfində yerləşdirilməlidir. Sürücü də bu tələbləri görərək onlara əməl etməlidir. Lakin qeyd olunan ərazidə belə bir yol nişanı mövcud deyil. Bu səbəbdən onun həmin tələbi əvvəlcədən görərək ona əməl etməsi mümkün olmamışdır və nəticədə inzibati xəta halı yaranmışdır. O, Qala xiyabanından bazar istiqamətində hərəkət etmiş və sağa dönərkən hadisə baş vermişdir. “Giriş qadağandır” yol nişanı isə döndükdən təxminən 7 metr sonra yerləşdirilmişdir. İş materiallarına əlavə olunmuş şəkillərdən də göründüyü kimi, avtobus və prius markalı avtomobil “Giriş qadağandır” nişanının qarşısını qismən bağladığı üçün nişanı vaxtında görmək mümkün olmamışdır.Bundan əlavə, yol nişanı işıq dirəyinə məftil vasitəsilə bağlanmışdır ki, bu da qüvvədə olan qaydalara ziddir. Qaydalara əsasən, yol nişanları işıq dirəklərinə deyil, bu məqsəd üçün nəzərdə tutulmuş xüsusi metal dirəklərdə quraşdırılmalı və piyada keçidinin üzərində deyil, yol hissəsində yerləşdirilməlidir. İş materiallarına əlavə edilmiş DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi,polis Rı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş EP ******** saylı, ##.##.2026-cı il tarixli inzibati tənbehvermə haqqında elektron qərarda törədilmiş xətaya görə Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 327.2 maddəsinə əsasən 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmiş və ona törətdiyi xətaya müvafiq olaraq 3 bal təyin edilmişdir. İş materiallarına əlavə olunmuş ## ###### 2026-cı il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə məhkəmə tərəfindən ünvanlanılmış məktubda məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilimişdir. Eyni zamanda həmin məktubda EQ 33733909 sayılı, ##.##.2026-cı il tarixli inzibati tənbehvermə haqqında elektron qərarın tərtib edilməsi ilə əlaqədar mövcud olan sübutların məhkəməyə təqdim olunması xahiş edilmişdir. Lakin inzibati orqan tərəfindən sözügedən sorğu cavablandırılmamışdır. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən göründüyü kimi, “Giriş qadağandır” yol nişanı elektrik xətti dirəyinin aşağı hissəsində yerləşdirilmişdir. Bu hal nəqliyyat vasitəsini idarə edən sürücülərin həmin nişanı vaxtında və aydın şəkildə görməsini çətinləşdirə bilər. Bundan əlavə, qeyd olunan ərazidə çox sayda avtomobil, eləcə də avtobus və mikroavtobusların park edilməsi müşahidə olunur ki, bu da “Giriş qadağandır” yol nişanının görünməsini qismən məhdudlaşdıraraq sürücülər tərəfindən onun vaxtında görməsinə maneə yarada bilər. Eyni zamanda, həmin əraziyə dönməzdən əvvəl fotoşəkillərdən göründüyü kimi, sürücüləri məlumatlandıran hər hansı yol-nəqliyyat nişanının mövcud olmadığı müəyyən edilmişdir. Belə olan halda Qərardan şikayət verən orqan (şəxs) həqiqətən də qeyd edilən inzibati xətanı törətməsinə dair şübhələr yaranır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin məcəllənin 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3 maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, qeyd edilən inzibati tənbehvermə qərar ləğv edilməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış başlanmış inzibati xəta haqqında işə yenidən baxılmaq üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən inzibati xəta haqqında işə yenidən baxılarkən hazırki qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən xüsusatlar araşdırılmalıdır. Q Ə R A R A A L D İ: Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzbati məsuliyyətə cəlb edilməsinə dair DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis Rı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş EQ 33733909 sayılı, ##.##.2026-cı il tarixli inzibati tənbehvermə haqqında elektron qərar ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(5-144)-129/2026
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-129/2026
02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver